Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə dair treninqlər davam edir

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.1.1-ci yarım bəndinin (korrupsiyanın qarşısının alınması istiqamətlərində qeyri-hökumət təşkilatlarının layihələrinin dəstəklənməsi) icrası məqsədi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təmin etmək məqsədi ilə treninqlərə davam etdirilir. Belə ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyi tərəfindən Bakı şəhərində və Siyəzən, Quba,Qazax, Tovuz və Şəmkir rayonlarında təşkil olunmuş treninqlərdən sonra Kürdəmir və Şamaxı rayonlarında da belə treninqlər təşkil olunmuşdur.

 

Treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həllinə, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarının da lazımi səviyyədə öyrənməsinə, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir.

 

“Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsi mexanizmləri” və “Şikayətlərin araşdırma taktikası barədə praktiki tövsiyələr” mövzularında:

1. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 19.05.2017-ci il tarixdə keçirilən treninqdə Kürdəmir, İmişli və Saatlı rayon mərkəzi xəstəxanalarının;

2. Şamaxı Müalicə və Diaqnostika Mərkəzində 20.05.2017-ci il tarixdə keçirilən treninqdə Şamaxı Müalicə və Diaqnostika Mərkəzinin, Şamaxı, Ağsu və Qobustan rayon mərkəzi xəstəxanalarının mütəxəssisləri iştirak edəcəklər.

 

Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi habelə şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov,Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım İctimai Birliyinin nümayəndələri və s. çıxış eetmişlərlər.

 

Treninqlərin digər regionlarda keçirilməsi nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19/05/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..