Əsas bölmələr
Ana və uşaq sağlamlığının qorunması Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən tədbirlər sırasında maarifləndirmə tədbirlərinə xüsusi önəm verilir.
Maarifləndirmə tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və BTM-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatcılığı ilə KİV nümayəndələri üçün ana südü ilə qidalanmanın əhəmiyyətinə dair seminarlar silsiləsinin keçirilməsinə başlanılmışdır. Bu qəbildən olan növbəti seminar 26.05.2017-ci il tarixində Quba Perinatal Mərkəzində keçirilmişdir.
Aparıcı KİV nümayəndələrinin iştirak etdiyi seminarda ana südü ilə qidalanma sahəsində mövcud vəziyyətə toxunulmuşdur. Bu sahədə maarifləndirməni gücləndirmək məqsədilə UNICEF və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər ilin avqust və oktyabr aylarının ilk həftələrində ana südünün üstünlüklərinə həsr edilən “Ana südü həftəsi” keçirilir. Həmin tədbirin təşkilində əsas məqsəd ana südünün üstünlükləri, onunla qidalanmağın vacibliyi və bu sahədə ananın məsuliyyətini artırmaqdan ibarətdir.
Qeyd edilmişdir ki, son illər Səhiyyə Nazirliyinin fəaliyyəti, aparılan maarifləndirmə tədbirləri sayəsində ana südü ilə qidalandırmanın xüsusi çəkisi artmışdır.
Seminar müzakirələrlə davam etmişdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
59 müəssisənin sahibkarı inzibati qaydada cərimələnib
Qida zəhərlənməsi ilə 78 nəfər xəstəxanalara yerləşdirilib
Oğuz MRX-da könüllü qanvermə aksiyası keçirilmişdir
Xocavənd Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Respublika Diaqnostika Mərkəzinə Beynəlxalq Keyfiyyət sertifikatı tətbiq olunub
Könüllü qanvermə aksiyaları davam edir
Səhiyyə naziri Oqtay Şirəliyev Rostrapoviç-Vişnevskaya Fondunun prezidenti Yelena Rostrapoviçi qəbul edib
Prezident İlham Əliyev Saatlı Mərkəzi Rayon Xəstəxanasında görülən işlərlə tanış olmuşdur
Tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması məqsədi ilə mürac...
Şəkidə yeni Mərkəzi Xəstəxana istifadəyə verilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə