Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Perinatal Mərkəzində aksiya keçirilmişdir

01.06.2017-ci il tarixində Respublika Perinatal Mərkəzində "Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə aksiya keçirilmişdir. Aksiyanın məqsədi Respublika Perinatal Mərkəzində doğulub, müalicə alan uşaqların katamnestik müayinələri olmuşdur.

 

Aksiya zamanı neonatoloq, oftalmoloq, nevropatoloq tərəfindən körpələrə baxış təşkil olunmuşdur.

 

Daxili orqanların USM, neyrosonoqrafiya və göstərişə uyğun olaraq kliniki laborator müayinəsi aparılmışdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

2/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..