Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev səfir Kim Çanq-gyu qəbul edib

Səhiyyə naziri Oqtay Şirəliyev Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu qəbul edib.

 

Qəbulda son illər ərzində ölkəmizdə səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqda səfirə qısaca məlumat verildi.

 

Sonra ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığının qurulması, mövcud olan əməkdaşlığın davamı üçün yeni təkliflər planının hazırlanması təklifi irəli sürüldü.

 

Ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığa dair təkliflər və tədbirlər planına əsasən əczaçılıq məsələləri, Koreya istehsalı olan tibbi avadanlıqların servizinin Bakı nümayəndəliyinin yaradılması və gənc tibb mütəxəssislərinin diplomdan sonrakı peşə təkmilləşdirilməsi kurslarının təşkili kimi təkliflər daxildir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..