Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

22 saylı Uşaq Poliklinikasında maarifləndirici təlim təşkil olunub

6 iyun 2017-ci ildə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması” istiqamətində maarifləndirici təlim keçirildi.

 

Bakı şəhəri 22 saylı Uşaq Poliklinikasında təşkil olunan təlimdə tibb işçiləri və valideynlər iştirak ediblər.

 

İSİM-in mütəxəssisi geniş təqdimatla çıxış edərək, uşaq və yeniyetmələrə qarşı yönəldilmiş zorakılıq hallarının qarşısının alınması üzrə metodik vəsait haqqında ətraflı məlumat verib. Mütəxəssis təəssüflə bildirib ki, Azərbaycanda bütün ailədaxili cinayət hadisələrinin 40 faizini uşaqlara qarşı zorakılıq halları təşkil edir və bu zorakılıq halları çox vaxt gizlədilir.

 

Təlimin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, valideynlərlə individual görüşlər keçirilib.

 

Xatırladaq ki, təlim Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının 1.2.4.-cü, 1.2.8-ci və 1.3.3-cü bəndlərinin icrası ilə əlaqədar “Məişət zorakılığının qarşısının alınması üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq təşkil edilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

8/06/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..