Əsas bölmələr
Azərbaycanda, bütün dünyada olduğu kimi, uşaqlar arasında inkişafın ləngiməsi halları artıq geniş yayılmışdır. Bu vəziyyətlərin erkən aşkarlanması, vaxtında müdaxilə olunub müalicə olunması inkişaf problemlərinin və əlilliyin azalmasına gətirə bilər.
Belə hallar üçün xüsusi metodların tətbiq edilməsi vaxtında lazımi müdaxilələrin aparılmasına və müalicə proqramlarının həyata keçirilməsinə imkan yaradır.
Ankara Universiteti Tibb Məktəbi inkişaf pediatriya kafedrasında tədbiq olunan Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi (İDİR) bu məsələləri həll etməyə imkan verir. Azərbaycanda son iki il ərzində İDİR-in tədbiqi əməkdaşlığı davam edir. Hazırda bu rəhbərliyin tədris proqramlarına daxil edilməsi və dinləyicilərə tam şəkildə çatdırılması üçün xüsusi təlimatçıların hazırlanması planlaşdırılır.
2017-ci il may ayında UNİCEF-in dəstəyi ilə Ankara Universiteti Tibb Məktəbi inkişaf pediatriya kafedrasının əməkdaşları tərəfindən Azərbaycanda fəaliyyət göstərən tibb təhsili müəssisələrinin əməkdaşları (ATU, Ə.Əliyev adına ADHTİ, 2 saylı Baza Tibb Kolleci) üçün İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyinin istifadəsini həyata keçirən təlimatçilar üçün təlim təşkil edilmişdir.
Təlim iştirakçılarına Ankara Universiteti Tibb Məktəbi inkişaf pediatriya kafedrasında tətbiq olunan İDİR nəzəriyyəsi, fəlsəfə və konsepsiyasına dair biliklər çatdırılmış, onlar Beynəlxalq İDİR-in nəzəri və tədqiqi əsasları ilə tanış edilmiş və klinik təcrübədə İDİR-in istifadəsi üzrə təcrübələr keçilmişdir.
Təlim sessiyasında erkən uşaqlıq dövründə inkişaf və davranışa bir çox tibbi, psixi və sosial amillərin təsiri barəsində məlumatlar verilmiş, inkişaf pediatriyasının prinsiplərinə və fənnlərarası yanaşmalara xüsusi yer ayrılmışdır. Bu zaman uşağın inkişafının geri qalmasının və sağlamlıq imkanları məhdud olan uşaqların meydana çıxmasının aradan qaldırılmasının yolları göstərilmiş, erkən aşkarlanma və tədris olunma kimi məsələlərin önəmliyi barədə geniş məlumatlar təqdim edilmişdir.
Yeni tədris ilində pediatriya, nevrologiya, ailə təbabəti kafedralarında ixtisasartırma kurslarının proqramlarına İDİR-in daxil edilməsi nəzərdə tutulur.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Prezident İlham Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri il...
Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı müsahibədən 63 nəfər keçib
Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul etmişdir
Rezidenturaya imtahan vermiş namizədlərin nəzərinə!
28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir
Narkotiklərə YOX deyək!
Könüllü qanvermə aksiyaları davam edir
Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində könüllü qanvermə aksiyası keçirilmişdir
Həkimləri Təkmilləşdirmə İnstitutunda Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfran...
Tibb bacısı ixtisası üzrə nümunəvi test sualları hazırlandı
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə