Əsas bölmələr
08.06.2017-ci il tarixində 3 saylı Şəhər Klinik Xəstəxanasında Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyevin media nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə qeyd edilmişdir ki, ölkədə səhiyyənin digər istiqamətlərində olduğu kimi kardiologiya sahəsində də əhaliyə təqdim edilən müayinə və müalicə xidmətlərinin daha da yaxşılaşdırılması məqsədi ilə tədbirlər həyata keçirilir.
Tədbirdə qeyd edilmişdir ki, ölkə başçısının göstərişi ilə əhalinin gütləvi müayinəsinin keçirilməsi kardioloji xəstəliklərin aşkar edilməsi səviyyəsini artırmışdır. Nəticədə, daha geniş əhali gütləsi müalicəyə cəlb edilmişdir. Hamilə qadınlarda hipertenziya və ya hamiləlik zamanı meydana çıxan ürək qüsurlarının aşkarlanması və müalicəsi, o cümlədən prenatal diaqnostikanın inkişafı istiqamətində ölkəmizdə bir sıra tədbirlər görülür.
Ümumiyyətlə, ürək-damar xəstəliklərinin profilaktikası sahəsində ciddi tədbirlər görülür. Hazırda kardio-vaskulyar xəstəliklərin diaqnostikası və müalicəsi üçün ölkədə hər bir şərait var. Bir sıra pilot layihələr də var ki, onların köməyi ilə bir sıra həkimlərimizin peşəkarlığını Avropa standartlarına uyğunlaşdırılması nəzərdə tutulub. Bu layihələrin paytaxtla yanaşı regionlarda da tətbiqi nəzərdə tutulur.
Lakin buna baxmayaraq son zamanlar infarktın dünyada olduğu kimi, ölkəmizdə də gəncləşməsi müşahidə edilir. Aparılan bir sıra tədqiqatlara əsasən müəyyən edilib ki, 65 yaşdan yuxarı qeyd edilən ürək-işemik xəstəliklərinin 52 faizi qadınlarda, 48 faizi isə kişilərdə təsadüf edilir.
Dünyada aparılan tədqiqatlara əsasən bu növ xəstəliklərin yaranmasında genetik faktor ciddi təsir edir. Bundan əlavə bu xəstəliklərin yaranmasının əsas səbəbləri sırasında qohumlar arasında nigahlar, psixoemosional gərginliyin artması, oturaq həyat tərzinin yayılması, qeyri-düzgün qidalanma və bir sıra digər məqamları misal çəkmək olar.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı
“Laparoskopik treninq“ mövzusunda tematik təkmilləşmə kursları keçiriləcək
Rezidentlərin nəzərinə!
2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul olunanların sənədlərinin qəbulu davam edir
Səhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildi
Pulmonologiya üzrə elmi-praktiki kurslar keçirilir
Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi
Növbəti sertifikasiya imtahanlarında 98% mütəxəssis uğurlu nəticələr əldə etmişdir
“Distant Təhsili” tədris forması aparılır
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qan xidməti rəhbərlərinin 3-cü müşavirəsi başa çatmışdır
Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar dünyada olan nüfuzlu qurumların da diqqət mərkəzind...
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə