Əsas bölmələr
2017-ci il iyunun 23-25-də Bakının mərkəzi küçələrində baş tutacaq “Formula-1” Azərbaycan Qran-Prisi ərəfəsində tamaşaçılara ilkin tibbi yardımın göstərilməsində iştirak edəcək Azərbaycan Tibb Universitetinin 150-dən çox könüllüsünə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Təlim mərkəzi tərəfindən “İlkin Tibbi yardım” mövzusunda nəzəri və praktiki təlim keçirilib. Təlim Respublika Müalicəvi Diaqnostika Mərkəzində baş tutub.
Təlimdə ilkin müayinə, ürək masajı, süni tənəffüs, qanaxmanın idarə olunması, sarğıların qoyulması, yanıqların ilkin müalicəsi kimi bır sıra mövzular barədə məlumat verilib. İştirakçılar ilkin tibbi yardımın göstərilməsinə dair praktiki məşğələlərə cəlb olunublar.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
Oğuz MRX-da könüllü qanvermə aksiyası keçirilmişdir
Ölkə başçısı Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur
Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan
14 noyabr Ümumdünya Diabet günüdür
“BİHE-2013” XIX Azərbaycan Beynəlxalq səhiyyə sərgisinin rəsmi açılışı olmuşdur
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə