Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da “Məzun günü” qeyd edildi

Azərbaycan Tibb Universitetində (ATU) tələbələrinin “Məzun günü” keçirilib.

 

Dövlət himni səslənəndən sonra təntənəli mərasimi ATU-nun rektoru, professor G.Gəraybəyli açaraq, bu əlamətdar gün münasibətilə məzunları və onların valideynlərini təbrik edib. Rektor universitetin professor-müəllim heyəti adından gələcəyin həkimlərinə peşə yolunda uğurlar arzulayıb.

 

Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Ə.Əmiraslanov da çıxış edərək Universitetin məzunlarını təbrik edərək bu təhsil ocağının “Məzun günü”nə toplaşanların hər biri üçün doğma məkan olduğunu bildirdi.

 

Tədbirin gedişatı boyunca çıxış edənlər, professor A. Əyyubova, valideyn qismində çıxış edən həkim İ. Kazımov təhsil ocağının professor-müəllim heyətinə təşəkkür edərək tələbələrə bu çətin və şərəfli peşədə uğurlar arzulayıblar.

 

Azərbaycan Tibb Universitetini 1057 nəfər məzun bitirir. Bunlardan I müalicə-profilaktika fakültəsi üzrə 316 nəfər (36 nəfər fərqlənmə, 6 xarici tələbə, 274 nəfər adi), II müalicə profilaktika fakültəsi üzrə 318 nəfər (27 nəfər yerli fərqlənmə, 1 nəfər fərqlənmə xarici, 25 nəfər xarici adi, 265 nəfər yerli adi), stomatologiya fakültəsi üzrə 126 nəfər (31 xarici,95 yerli), tibbi profilaktika fakültəsi üzrə 77 tələbə məzun olub. Bunlardan (10 nəfər fərqlənmə, 67 adi), əczaçılıq fakültəsi üzrə 104 məzun (1 fərqlənmə, 60 yerli tələbə, 43 xarici), hərbi tibb fakültəsi üzrə 83 nəfər hərbi həkim, 33 nəfər hərbi feldşer məzun olur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

3/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..