Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oğuzda vətəndaşların qəbulunu keçirəcək

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 07.07.2017-ci il tarixində saat 13:00-da Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

 

Nazir Oğuz,Şəki, Zaqatala, Balakən, Qax, rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Oğuz Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

6/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..