Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Görmə qabiliyyətini itirmiş 13 tələbə məzun oldu

2014-ci ilin tədris ilində Bakı 1 nömrəli Tibb Kollecində gözdən əlillər üçün müalicə və idman metodisti şöbəsi açılmışdır.

 

Kollecin direktoru, tibb elmləri doktoru, professor N.Mövsümovun sözlərinə görə, Gözdən Əlillər Cəmiyyətində masaj kursları təşkil edilir və kollecin müəllimləri də tədris üçün həmin kurslara dəvət olunurdu. Həmin kurslarda peşə hazırlığının səviyyəsini yüksəltmək, onlara masaj və tibb işini daha mükəmməl öyrətmək üçün kollecdə yeni şöbənin açılması təşəbbüsü ilə Səhiyyə Nazirliyinə müraciət olunub.

 

Müraciətlər anlayışla qarşılanaraq belə bir fakültə açılıb. Qafqazda belə bir şöbə ilk dəfədir fəaliyyət göstərir. Şöbəyə birinci il 13, sonrakı illər isə 20 tələbə qəbul edilib.

2017-ci ilin buraxılış ilində istehsalat təcrübələrində özlərini ən yaxşı tərəfdən göstərən ilk peşəkar məzunlar tədrisi başa vurublar.

 

Görmə qabiliyyətini itirmiş məzunların bu gün əmək fəaliyyətinə başlaması onların cəmiyyətə inteqrasiyası baxımından da çox böyük əhəmiyyət daşıyır və ölkəmizdə aparılan sosial-yönümlü islahatlara dəstəkdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

10/07/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..