Əsas bölmələr
Azərbaycanda tütünlə mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin qlobal tütün epidemiyası barədə açıqladığı hesabatında Azərbaycanın tütünlə bağlı monitorinq fəaliyyətinin gücləndirilməsi, bu istiqamətdəki uğurları qeyd olunmuşdur.
Hesabatda “Azərbaycan tədqiqatların nəticələrindən tütünlə mübarizə təşəbbüslərini dəstəkləmək üçün istifadə edir” başlıqlı xülasədə ölkəmizin tütünə nəzarət üzrə bir sıra milli tədqiqatları vurğulanmış, bu tədqiqatların Azərbaycanda tütündən istifadə səviyyəsinin azaldılması məqsədi ilə aparılan tütünlə mübarizə tədbirlərinin dəstəklənməsində, xüsusilə də tütünə dair ölkə qanunvericiliyinin təkmilləşdirilməsində rolu açıqlanmışdır.
Hesabata əsasən, tütündən istifadənin tam miqyaslı monitorinqi ilə məşğul olan ölkələrin sayı 2007-2016-cı illərdə 46-dan 76-dək yüksəlmişdir. Nəticədə, tütündən istifadəsi müvafiq qaydada monitorinq edilən dünya əhalisinin sayı 20%-dən 39%-dək artmışdır.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin
Bakıda əsalı təmirdən sonra iki tibb müəssisəsinin açılışı olmuşdur
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir
Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə