Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU rektoru prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb

Prezident İlham Əliyev 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sevindirici haldır ki, bu yüksək təqaüdə layiq görülənlər arasında 26 nəfər Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını daşıyır.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli prezident təqaüdçüləri ilə görüşüb onlara uğurlar diləyib.

Bildirilib ki, yüksək bal toplamaq yüksək göstəricidir, lakin belə bir təqaüdə layiq görülmək ikiqat uğurdur. Bu adı qazanmaq sonuna qədər qorumaq qədər çətin və şərəflidir.

 

G.Gəraybəyli çıxışının sonunda tələbələrə gələcək təhsillərində bacarıqlı olmağı, bu adı qoruyub saxlamağı, elə bu göstəricilərlə də universiteti bitirməyi arzulayıb.

Sonda II müalicə-profilaktika fakültəsinin 700bal toplamış tələbəsi E.Əfəndiyev tələbələr adından çıxış edərək, təşəkkürünü bildirmişdi.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

12/10/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..