Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Klinik Xəstəxanasında tədbir keçirilmişdir

12.10.2017-ci il tarixində M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, Artrit - oynaqda yaranan iltihabi prosesdir. Bu proses nəticəsində oynaq şişir, hərəkətməhdudluğu yaranır. Artritin əlamətləri şişkinlik, formanın dəyişməsi, ağrı, oynaq səthinin qızarması, hərəkət məhdudluğudur.

 

Dünyada 10 milyonlarla insanlar artritlərin bu və ya digər növləri ilə əziyyət çəkirlər. Son 20 ildə xəstəliklərin sayı 2 dəfə çoxalıb. Artritlər müxtəlif yaş qrupunda insanlarda rast gəlinə bilər. Ancaq əksər hallarda yaşlı adamlarda daha çox rast gəlinir.

 

2016-cı ildə akad. M.Ə.Mirqasımov adına RKX-da 221 xəstə, 2017-ci ildə 9 ay ərzində 142 xəstə müxtəlif mənşəli artrit xəstəlikləri ilə stasionar müalicə alıblar.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

12/10/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..