Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə qanvermə aksiyaları davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2017-ci ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 234 qanvermə aksiyası keçirilmişdir.

 

Aksiyalar Mərkəzi Qan Bankında, MQB-nın Gəncə bölməsində, MQB-nın Şəki bölməsində, MQB-nın Bərdə bölməsində, MQB-nın Mingəçevir bölməsində, MQB-nın Quba bölməsində, MQB-nın Şirvan bölməsində və MQB-nın Lənkəran bölməsində keçirilmişdir.

 

Ümumilikdə paytaxt və regionlarda keçirilən aksiyalarda 63787 nəfər donor iştirak etmişdir.Nəticədə keçirilən qanvermə aksiyalarında 29979,9 litr qan toplanmışdır.

 

Həyata keçirilən aksiyalarda hər bir donorun sağlamlığı öncədən müəyyən olunur. Onlardan qan analizi götürülərək sağlamlıqları müəyyənləşdirilir.

 

Tədarük olunan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir.

 

Aksiyalarda iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

20/10/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..