Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gəncə Tibb Kolleci əsaslı təmir olunaraq tələbələrin istifadəsinə verilib

"Azərbaycanın Dövlət Müstəqilliyi Günü" Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, Tibb Kollecinin müəllim və tələbələri əsaslı təmirdən sonra kolecdə yaradılan şəraitlə tanış olub. Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev bildirib ki, kollecin dərs otaqları, kabinetlər yeni əyani dərs vasitələri və ən müasir avadanliqlarla təhciz olunub. Butun binanin fasadı və daxili divarları tam təmir olunaraq rənglənib. Binada yeni tavanlar və müasir ayna, qapılar quraşdırılıb. Bütün kommunikasiya xəttləri, su və kanalızasiya sistemi, işıqlandırma xəttləri yenilənib. Kollecin əksər otaq və kabinetləri kondensionerlərlə təhciz olunub. Bina mini ats və internetlə, təhlükəsizlik kameraları təhciz olunub.

 

Əsas korpusun birinci mərtəbəsində kollec tələbələrinin müasir biliklərə yiyələnməsi üçün kitabxana fəaliyyətə başlayıb. Yeni kitablar və dərs vəsaitləriilə təmin olunmuş kitabxanada tələbələr həm də elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər. Kollecdə müasir uslubda təmir olunmuş tədris resursları və elmi-praktik konfrans zalı yenidən qurulub, lazım olan bütün texniki vasitələrlə təhciz edilmişdir.

Kollecdə yeni müasir qazanxana quraşdırılmiş, bina mərkəzləşdirilmiş istilik sistemi ilə təhciz edilmişdir.

 

Kollecin həyəti yenidən quraşdırılıb. Burada 1200 kv.m yeni müsir qazon salınıb, həyətə çardaq qızıl gülləri, kiparis, tuya, xrizantema və s. dekorativ güllər əkilmiş, əraziyə 3100 kv.m daş döşənmişdir. Kollecin həyətində 80 tonluq yeraltı su hovuzu tikilib, eyni zamanda sahə daxili su xətləri və kanalizasiya sistemi dəyişdirilmişdir. Həyət elektrik xətlərinin hamısı yeraltı kabellə əvəz olunub.

Tanışlıqdan sonra Tibb Kollecinin iclas zalında görüş keçirilib. Tədbirdə Gəncə Tibb Kollecinin dünənini və bu gününü özündə əksetdirən videoçarx nümayiş edilib.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq "18 Oktyabr - Müstəqillik Günü" münasibətiilə onları təbrik edib. Elmar Vəliyev ölkə rəhbəri İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində şəhərimizdə aparılan irimiqyaslı abadlıq-quruculuq işlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin şəhər rəhbəri bu qayğı və diqqətin nəticəsində Gəncə Tibb Kollecində tələbələrin yüksək təhsil alması üçün əsaslı təmirişləri aparılaraq yüksək keyfiyyətli şərait yaradıldığını vurğulayıb.

Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev öz çıxışında Prezident İlham Əliyevə yaradılan şəraitə görə öz dərin minnətdarlığını bildirib. Hazırda kollecdə 600 nəfər tələbənin təhsil aldığını bildirən Mehman Rzayev, 59 nəfər həkim-müəllim, 24 nəfər müəllim, 27 nəfər isə inzibati və texniki işçi olmaqla ümumilikdə kollecdə 126 nəfərin çalışdığını qeyd edib. Tədris ocağının rəhbəri vurğulayıb ki, kollecin təmir işləri bir il müddətində Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə reallaşıb. Çıxışının sonunda Mehman Rzayev qeyd etmişdir ki, bu gün kollecdə yaradılan şərait Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevin diqqət və qayğısının nəticəsidir.

 

Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının sədri Kifayət Fəttahi çıxış edərək kollektiv adından Gəncədə gedən abadlıq və quruculuq işlərinə görə, həmçinin Tibb Kollecinin əsaslı təmirinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və İcra başçısı Elmar Vəliyevə öz dərin təşəkkürünü bilirib.

Gəncə Tibb Kollecinin Gənclər Təşkilatının sədri, "Tibb bacısı işi" ixtisası üzrə II kurs tələbəsi Ülfanə Dadaşova yaradılan yüksək şəraitli kollecdə təhsilini bitirdikdən sonra vətəndaşlarımızın sağlamlığı keşiyində layiqincə duracağına söz verib.

Gəncə Tibb Kollecinin İngilis dili müəlliməsi Şəfiqə Hüseynova Tibb Kollecinin ən müasir avadanlıqlarla dünya standartlarına uyğun olaraq təmir edilərək müəllimlərin və tələbələrin istifadəsinə verildiyinə görə kollektivin ürəkdən şad olduqlarını vurğulayıb.

Bildirək ki, Gəncə Tibb Kolleci Respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə dövlət təhsil müəssisəsidir. Kollec iki korpusa malikdir. Tədrisin keyfiyyətinə yüksək təsir göstərən yeni avadanlıqların (partalar, yazı lövhələri, kompyuterlər, tibbi cihazlar və s.) alınmışdır. Həmçinin kompüter otaqları üçün komputerlər və 87 dyum "Smart-Board tipli "ağıllı yazı lövhəsi alınıb.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

20/10/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..