Əsas bölmələr
Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında birgə 2016-2017-ci illər üçün Dövri İş Planının icrası məqsədilə təlimlərə başlanılmışdır. Təlim proqramının əsas məqsədi standart yanaşmanın formalaşdırılması vasitəsilə tibb işçiləri tərəfindən analara körpənin qidalandırılmasına dair verilən məsləhətlərin və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasıdır.
Oktyabr-dekabr aylarında Quba, Şəki və Lənkəran rayonlarında körpə və erkən yaşlı uşaqların qidalanmasına dair pediatrlar və neonatoloqlar üçün təlimlərin keçirilməsi planlaşdırılır.
Həmçinin, Səhiyyə Nazirliyinin BMT-nin Uşaq Fondu ilə birgə 2016-2017-ci illər üçün Dövri İş Planının icrası məqsədilə 2017-ci il ərzində yerli mütəxəssislər tərəfindən körpə və erkən yaşlı uşaqların qidalanmasına dair həkim-pediatrlar üçün beynəlxalq tövsiyələr və dünya təcrübəsinə əsaslanan təlim materialları, proqram və təlim vəsaiti hazırlanmışdır. Burada xüsusi diqqət ana südü ilə qidalanmaya, onun ana və körpənin sağlamlığına verə biləcəyi töhfələrə ayrılır, həkimlərin bu istiqamətdə göstərdiyi xidmətlər, verdiyi məsləhətlər geniş müzakirə edilir.
Eyni zamanda, Səhiyyə Nazirliyi və BMT-nin Uşaq Fondu arasında 2016-2017-ci illər üçün Dövri Fəaliyyət Planına uyğun olaraq Ankara Universitetinin mütəxəssislərini cəlb edərək Azərbaycanda erkən yaşlı uşaqların inkişafının monitorinqi üzrə mütəxəssislərin hazırlanması həyata keçirilir.
Layihə çərçivəsində beynəxalq mütəxəssislərin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən həkim-pediatrlar üçün uşağın inkişafının izlənilməsi, inkişafdan geriləmə hallarının erkən aşkarlanması və müdaxiləsi üzrə müvafiq təlim materialları hazırlanıb.
Hazırda yerli təlimçilər tərəfindən okyabr, noyabr və dekabr aylarında Quba, Şəki və Lənkəranda həkim-pediatrlara və uşaq nevropatoloqlarına təlimlərin keçirilməsi planlaşdırılır. Bu təlimlərə 27 oktyabr tarixində start veriləcəkdir.
Təlimçi qismində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutunun və digər müəssisələrin əməkdaşları çıxış edəcəklər.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul etmişdir
Gənc mütəxəssislər Türkiyənin aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilib
Prezident İlham Əliyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir
Səhiyyə Nazirliyi növbəti elektron xidmətini təqdim edib
Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək
Həkimlərin tibb biliklərinin artırılması istiqamətində işlər davam etdirilir
Həkimlərin tibbi biliklərinin artırılması davam etdirilir
Səhiyyə naziri Oqtay Şirəliyev və nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri olmuşdur
Sumqayıtın ucqar yaşayış massivlərinin sakinlərinə səyyar tibbi yardım göstərilir
“Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə