Əsas bölmələr
Azərbaycan cərrahları daha bir əməliyyatı uğurla icra ediblər. Belə ki, əməliyyat Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının mütəxəssisləri tərəfindən həyata keçirilib.
Vaxtında normal doğuşla dünyaya gələn çəkisi 4kq olan 25 günlük körpənin valideynli göyərmə şikayəti ilə müraciət ediblər. Aparılan EXO KG müayinəsində D-tip TGA, çox kiçik PDA, restriktiv ASD olduğu aşkarlanıb.
Körpənin arter qan qazlarında oksigen saturasiyası 44% olub. Belə olan halda xəstə təcili hospitalizə edilib, pda-nın bağlanmaq üzrə olduğunu nəzərə alaraq əməliyyata qədər vazoprostan davamlı infuziya şəklində başlanılıb.
Əməliyyatı icra edən MRX nın kardiocərrahı S.Musayevn sözlərinə görə, ürək kücürülməsinə bərab\r sayılan bü əməliyyat dünyada bir iki ölkədə icra olunur. Xəstədə Vazoprostan fonunda saturasiya maksimum 70%ə qədər yüksəlirdi.
Xəstədə yanaşı bilirubin yüksəkliyi müəyyən edilib,( sərbəst bilirubin 21mg/dl), fototerapiya olunub, bilirubin 17 mg/dl-ə qədər endirilib. 2 gün gərgin hazırlıqdan sonra xəstə planlı Arterial sviç, digər adi ilə Jaten əməliyyatına alınıb.
İnduksiyadan sonra sağ radial arter 24G vazofikslə punksiya olunub, sağ internal jugular venə də 4F-2 lumenli mərkəzi venoz kateter yerləşdirilib.
Pompadan normal sinus ritmində, dopamin 7 mkq/kq/dəq, adrenalin 0.2 mkq/kq/dəq, milrinon 0.37mkq/kq/dəq dəstəklə çıxıldı. Hemodinamik A/t 80/40 Pls 150 vurğu/dəq.
Əməliyyatdan 48 saat sonra inotroplardan adrenalin stoplanaraq xəstənin hemodinamik və ümumi göstəriciləri uyğun olduğu üçün xəstə ekstubasiya edilib.
Xəstədə əməliyyat sonrası exokq müayinəsində LVEF-normal, RVEF-normaldır. Hazırda uşaq evə yazılıb.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
“Aşura günü” qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir
Səhiyyə naziri Oqtay Şirəliyevin İtaliyaya işgüzar səfəri başlamışdır
Səhiyyə Nazirliyində özəl tibb sektorun nümayəndələri ilə “Dəyirmi masa” keçirilmişdir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir
Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi işi davam etdirilir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə