Əsas bölmələr
ATU-nun əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasında Rusiyanın Uşaq-Yeniyetmələrin Sağlamlığı və Gigiyenası Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə kafedra nümayəndələrinin görüşü keçirilib.
Görüşdə ATU-nun əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının rəhbəri Ş.Balayeva qonaqlara universitetin yüksək səviyyəli təhsil və tədris imkanları, təhsil sisteminin yenilikləri haqqında qonaqlara ətraflı məlumat verib.
Görüşdə Rusiyanın Uşaq-Yeniyetmələrin Sağlamlığı və Gigiyenası Elmi-Tədqiqat İnstitutu ilə ATU arasında məktəblərdə tədris şəraitinin qiymətləndirilməsi və uşaqların sağlamlığının təmin edilməsi mövzusunun araşdırlımasına dair müqavilənin olduğu vurğulandı. Bu razılaşma əsasında ATU kafedrası ETİ ilə birgə elmi-tədqiqat işi davam etdirir.
Sonra əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrası tərəfindən bu elmi işin aparılması istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verilib. Bildirilib ki, 10 məktəbdə, ilkin mərhələ kimi Bakı və Sumqayıtda məktəblər arasında qiymətləndirmə işi aparılıb. Digər mərhələ də isə uşaqlar arasında sorğu keçirilib. Sorğuda 5-9-11-ci sinif şagirdləri iştirak ediblər.
Onlar öz sağlamlıqlarını, həyat keyfiyyətlərini necə dəyərləndirdikləri və s. kimi sualları cavablandırıblar. Sorğunun nəticələri Moskva institutunda təhlil edildikdən sonra dəyərləndirmə ATU ya göndəriləcək.
Sonda yekun qiymətləndirmə Səhiyyə və Təhsil Nazirliklərinə təqdim ediləcək. Uşaqların sağlamlığına təsir göstərən bütün amillər haqda sonradan ictimaiyyətə məlumat veriləcək.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
“Qaynar xətt” xidmətinə 771 müraciət daxil olub
Səhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildi
Sertifikasiya Komissiyasında Resurs Mərkəzi – Elan
Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XIII Beynəlxalq konqresi keçirilir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyaları davam edir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür ...
Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cərimələnib
Səhiyyə Nazirliyinin Tibbi yardımının təşkili şöbəsinin nümayəndələri ilə Litva Respublikası Seyminin nümayənd...
Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə