Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı təsdiq edilmişdir

Səhiyyə nazirinin əmri ilə “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planı” təsdiq edilmişdir.

 

Tədbir Planına əsasən, gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərin artırılması və davranışlarının təkmilləşdirilməsi, gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur.

 

Həmçinin, Tədbirlər Planı gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması və davranışının təkmilləşdirilməsi, gənclər arasında könüllü qan donorluğunun inkişafına dair maarifləndirmə tədbirləri və kampaniyalarının həyata keçirilməsi, gənclərə psixo-sosial xidmətin əhatə dairəsinin genişləndirilməsi, sosial müdafiəyə ehtiyacı olan gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, o cümlədən, tibb müəssisələrin tikintisi və əsaslı təmiri zamanı sağlamlıq imkanları məhdud gənclərin səhiyyə xidmətlərindən istifadə imkanlarının artırılmasını sahəsində tədbirləri və gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və s. dair fəaliyyətlər əhatə edir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

26/10/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->