Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU həkimləri Gəncədə elmi-praktik konfransda məruzə ilə çıxış ediblər

Gəncədə Səhiyyə Nazirliyi və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş “Səhiyyənin aktual problemləri: pediatrik, psixiatrik, nevroloji, cərrahi, anestezioloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları – psixiatriya kafedrasının assenti İkram Rüstəmov və I uşaq xəstəlikləri kafedrasının assenti Nigar Sədiyeva səhiyyə orqanlarına dəstək məqsədilə konfransda müxtəlif mövzularda məruzələr ediblər. Həmçinin Kəlbəcər rayonundan olan məcburi köçkün xəstələrin tibbi müayinələrini həyata keçiriblər.

 

Konfransda Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova və Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşları da məruzələrlə çıxış ediblər. Tədbirdə Şəki RMX-nın baş həkimi, Kəlbəcər RMX-nın, Sumqayıt və Gəncə şəhəri tibb müəssisələrinin həkimləri iştirak ediblər.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

13/11/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..