Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tədbir keçirilmişdir

13.11.2017-ci il tarixində Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında (RKX) Ümumdünya Sətəlcəm Günü ilə əlaqədar tədbir keçirilir.

 

Tədbirdə RKX baş həkiminin müavini Mahir Babayev və həkim Natəvan Fərəcova çıxış ediblər. Həkimlər qeyd ediblər ki, sətəlcəm (pnevmoniya) və ya ağciyər sətəlcəmi kəskin infeksion xəstəliklərə aiddir. Bu infeksiyanın orqanizmə düşməsi yolları müxtəlifdir. O, çox vaxt hava-damcı yolu ilə, bəzən də qan axını vasitəsilə yayılır. Pnevmoniyanın törədiciləri müxtəlif viruslar, bakteriyalar və göbələklər ola bilər.

 

Həmçinin, qeyd edilib ki, bu xəstəliyin simptomları onu doğuran səbəblərdən, xəstənin yaşından və səhhətinin vəziyyətindən asılıdır. Yaşlı pasiyentlər, immuniteti zəif olan insanlar və immun sistemi mükəmməl olmayan uşaqlar bu xəstəliyi daha ağır keçirir, onlarda ağciyər fəsadları müşahidə olunur. Kəskin respirativ xəstəliklər, kəskin virus infeksiyaları fonunda ağciyər sətəlcəmi qripəoxşar simptomlarla müşayiət olunur. Bu, infeksiyanın nəfəs yolları ilə yayılması və ağciyərlərdə infeksiya ocaqları yaranması ilə nəticələnə bilər.

 

Xəstəliyin profilaktikası məqsədilə infeksion xəstəliklər zamanı vaxtında düzgün diaqnoz qoyulması və tam müalicə kursu keçmək zəruridir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

13/11/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..