Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

”Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” haqqında videoçarx hazırlanmışdır

Məlum olduğu kimi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda davamlı tibbi təhsil sistemi 2017-2018-ci tədris ilindən bir neçə kafedrada pilot layihə formatında tətbiq olunur.

Qarşıya çıxan sualları düzgün cavablandırmaq üçün Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirinin «Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə» 45 saylı 20 iyun 2017-ci il tarixli əmrinin icrasına dair videoçarx hazırlanmışdır.Həmin videoçarx institutun http://www.adhti.edu.az/ rəsmı saytında yerləşdirilir.

 

Hörmətli həkimlər Sizi, maraqlandıran hər hansı bir sualla institutun tədris şöbəsinə müraciət edə bilərsiniz.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

6/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..