Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-nun əməkdaşı Kanadada toplantıda ölkəmizi təmsil edib

Bu yaxınlarda Kanadanın Viktoriya şəhərində (British Columbia ştatı) Amerika Tiroidologiya Assosasiyasının növbəti toplantısı keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və şüa terapiyası kafedrasının əməkdaşı L.Ağabəyli toplantıda ölkəmizi təmsil edib.

 

ATU-nun nümayəndəsi bu mötəbər toplantıda poster məruzəsi ilə çıxış edib.

 

Mütəxəssis "Qalxanabənzər vəzin bədxassəli törəmələrinin aşkar edilməsində ultrasəs elastoqrafiyasi və rəngli doppler müayinələrinin rolu" mövzusunda ("Diagnostic value of ultrasound elastography and color doppler in the detection of malignant tumors of the thyroid gland" 2825918 identifikasiya nömrəsi) məruzə ilə çıxış edib. “Məruzə zamanı sual-cavab formasında müzakirə də aparılıb.

 

ATU nümayəndəsi konqres çərçivəsində müxtəlif plenar mühazirələrdə, simpoziumlarda, diskussion debatlarda və müxtəlif professorlarla görüşlərdə iştirak edib. Həmçinin pediatrik tiroidologiya, boyun ultrasonoqrafiyası, tiroidologiyada qadınlar çərçivəsində müxtəlif seminarlara qatılıb.

 

Qeyd edək ki, 1927-ci ildən fəaliyyət göstərən Amerika Tiroidologiya Assosasiyası tiroidologiya sahəsində standartların müəyyən edilməsində böyük nüfuz sahibidir. Mütamadi olaraq hər il keçirilən konfranslarda bütün dünyadan olan tədqiqatçılar iştirak edir. Bu toplantılarda qalxanabənzər vəzin müxtəlif xəstəliklərinin müayinə və müalicə protokolları konsensus yolu ilə qəbul olunur və bütün tiroidoloqlar üçün bu protokollar rəhbər kimi qəbul olunur. Bu toplantılarda iştirak etmək tiroidologiya sahəsində hərtərəfli yeni məlumatlar əldə etməyə və bütün dünyadan olan tədqiqatların nəticələrini tiroidoloqlarla bölüşməyə imkan yaradır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

7/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..