Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oqtay Şirəliyev Saatlıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 08.12.2017 ci il tarixində saat 11:00-da Saatlı Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Saatlı Mərkəzi rayon xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

7/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..