Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı" icra edilir

"2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nın icrası məqsədi ilə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 2017-ci il üçün Fəaliyyət Planı hazırlamış və müvəffəqiyyət ilə icra etmişdir. Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlərdən biri də vərəmin profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanması olmuşdur.

 

Bu çərçivədə ETACXİ-nun həkimləri tərəfindən ölkənin bütün həkim-ftiziatrları üçün "Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına dair müasir yanaşma" adlı təlimlər keçirilib. Həmçinin, ETACXİ-nun həkimləri tərəfindən vərəm xəstələrin nəzarətli müalicəsində iştirak edən tibb bacıları üçün “Vərəmin aşkarlanması və nəzarətli müalicə” adlı təlimlər keçirilib. ETACXİ-nun Milli İstinad Laboratoriyasının mütəxəssisləri tərəfindən regional və mikroskopiya laboratoriyaların həkim və orta tibb işçiləri üçün "Turşuya davamlı mikobakteriyaların mikroskopiya üsulu ilə aşkarlanması" adlı təlimlər keçirilib.

 

Müalicə-profilaktika müəssisələrində çalışan tibb işçiləri üçün vərəmin aşkarlanması və müalicəsi üçün təlimlər, həmçinin, müvəffəqiyyətlə həyata kecirilib. "Vərəmin aşkarlanması, nəzarətli müalicə və profilaktikasında ilkin səhiyyə xidmətinin rolu"; "Vərəmin aşkarlanması. İnfeksion nəzarət"; "Vərəm/HİV ko-infeksiyası" - adlı təlimlər üçün təlim materiaları hazırlanmış və ölkənin ilkin səhiyyə xidməti həkimləri, GEM mütəxəssisləri, QİÇS-lə Mübarizədə xidmətinin həkimləri üçün təlimlər keçirilmişdir. Burada 400 nəfərdən artıq tibb işçisi iştirak etmişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

27/12/2017

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..