Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Əziz Əliyevin doğum gününə həsr olunmuş konfrans keçirildi

2018-ci ilin yanvarında Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 121-ci ili tamam olur. Ənənəviolaraqhərilonun adını daşıyan institutda Ə.Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfranslar keçirilir. Bu il ildönümünə həsr edilmiş konfrans Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutгnda 10 yanvar 2018-ci ildə baş tutdu.

 

Konfransı giriş sözü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru professor N.A.Qasımov açdı. Rektor qeyd etdi ki, xalqımız öz şərəfli tarixini müşahidə edərkən vətəninə, xalqına sadiq olan şəxsləri çox incəliklə və qayğı ilə yada salır. Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi rolu var. Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Ə.Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini Respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəltmişdir. Əziz Məmməd Kərimoğlu Əliyev 1959-cu ildən bizim – Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru kimi böyük fəaliyyət göstərmiş, ömrünün sonuna qədər bu institutun rektoru olmuşdur. Məhz institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə institut öz fəaliyyətini genişləndirib tək Azərbaycanın yox bütün Sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak etmişdir. Yeni-yeni kafedralar yaradılmışdır, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılmış, onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmiəsərlərinin bir neçə məcmuəsinəş rolunmuş, həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilmiş və ixtisas dərəcələri yüksəldilmişdir.

 

İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanmış, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilmişdir. Millikadrların - adlı-sanlı alim-həkimlərimizin yetişdirilməsi məhz institut rəhbərliyinin məqsədyönlü xidmətinin təsdiqidir.

Azərbaycan həkimləri kütləvi şəkildə ixtisas artırmaya cəlb olundular. İnstituda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edildi.

 

Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. O istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bildi. Dağıstanda işləyərkən Dağıstan ictimaiyyəti Əziz Əliyevə üzərində onun əksi həkk olunan xüsusi medalyon bağışlayır. Həmin medalyon hal-hazırda Azərbaycan Tarix Muzeyində saxlanılmaqdadır. 1960-cı ildə Əziz Əliyevə «Azərbaycan SSR əməkdarhəkimi» fəxri adı verilir.

 

1962-ci ilin 27 sentyabr tarixində institutun professor-müəllim heyyətinin vəsatəti əsasında Nazirlər Sovetinin 773 saylı qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Məmməkərim oğlu Əliyevin adı verilmişdir.

 

Bu hadisə institutun əməkdaşları tərəfindən Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi dərin minnətdarlıq hissi ilə qarşılanmışdır.

 

Axırda rektor qeyd etdi ki, Ə.Əliyevin qoyduğu ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzindədir.

 

Sonra konfrans öz işini institutun gənc alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrinə həsr olunmuş çıxışları ilə davam etdirdi.

 

Konfransda Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti, həkim-müdavimlər və rezidentlər iştirak etdilər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/01/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..