Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

4 Fevral - Dünya Xərçəng Günü qeyd olunub

Hər il fevralın 4-ü dünyada “xərçəng” günü kimi qeyd olunur.

 

Xərçəng xəstəliyi ilə mübarizəyə həsr edilmiş bu beynəlxalq gün 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilib. Bu günün önəmi məqsəd dünyanın diqqətini xərçəng xəstəliyinə, onun aşkarlanması, müalicəsi və aradan qaldırılması yollarına çəkməkdir.

 

Əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də Xərçəng Əleyhinə Beynəlxalq İttifaqın üzvü kimi Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi tərəfindən Dünya Xərçəng Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirləri təşkil ölünmüşdur.

 

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə builki maarifləndirmə aksiyası Gəncə şəhərində Gəncə Mall ticarət mərkəzi və Gəncə ASAN xidmət mərkəzində, Bakı şəhərində Gənclik Mall ticarət mərkəzi, 1 və 3 nömrəli ASAN xidmət mərkəzlərində keçirilib.

 

Məqsəd paytaxt və regionlarda yaşayan vətəndaşlarımızın xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində məlumatlılığını artırmaqdır.

 

Tədbir zamanı ictimaiyyətə Azərbaycanda geniş yayılmış xərçəng xəstəliklərinə dair faydalı məlumatlar ötürülub, buklet və lifletlər paylanılıb. Aksiyada təcrübəli onkoloqlar tərəfindən vətəndaşların onkoloji xəstəliklərə dair bütün sualları cavablandırılıb, sağlamlıqlarını qorumaq üçün müvafiq faydalı tövsiyələr verilıb.

Tədbirlərə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri də qatılıb.

 

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..