Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində müşavirə keçirilmisdir

 

Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantı keçirilmişdir.

 

İclası giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev 29 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısı tərəfindən səsləndirilən fikirləri xatırlatdı.

 

 

O.Şirəliyev qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafına hədəflənmiş dövlət proqramı çərçivəsində bütün sahələrdə ciddi işlər həyata keçirilməyə başladı. Görülən çoxsaylı işlər sırasında regionların inkişafı, əhəmiyyətli müəssisələrin tikilişi, təmir və təchizatına xüsusi yer ayrılmışdı.

 

Kənd təsərrüfatının inkişafı üçün regionlarda sahibkarlara güzəştli kreditlər verilməyə başlanıldı, quruculuq işlərinə start verildi, dörd böyük su anbarı tikildi. Nəticədə suvarılan torpaqların ərazisi olduqca əhəmiyyətli dərəcədə genişləndi. Sevindici haldır ki, Azərbaycan üçün ənənəvi olan sahələrin, o cümlədən, pambıqçılığın, ipəkçiliyin inkişafı yeni vüsət aldı. İşsizliyin səviyyəsi 5%-ə qədər, yoxsulluq isə – 5,4%-ə endirildi, qazlaşdırma səviyyəsi - 93%, fasiləsiz su təchizatı - 67% səviyyəsinə çatdırıldı. Quraşdırılan su təmizləyici qurğular hesaına Kür çayının qırağında yaşayan əhali hazırda təmiz sudan istifadə edir. Həyata keçirilən tədbirlər çərçivəsində, Ceyranbatanda Avropada ən iri su təmizləyici qurğu inşa edilərək, istifadəyə verilib. Hazırda burada Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun içməli su təchizatə təmin edilir. Regionlarda yerləşən şəhərlər hazırda Avropanın şəhərlərindən geri qalmır. Əhalinin istifadəsinə müasir parklar, küçələr, gözəl binalar, sosial-infrastruktur obyektləri təqdim edilib.

 

Səhiyyə sektorununu inkişafına toxunan cənab nazir qeyd etdi ki, son 14 il ərzində Azərbaycan səhiyyəsi böyük bir yol keçib. O.Şirəliyev qeyd etdi ki, dövlət başçısının tapşırığına əsasən, hər bir regionda əhali səhiyyə xidmətindən yerində yararlanmaq imkanı əldə etməlidir, Bakıya səfər etmək məcburiyyətindən azad olunmalıdır. “Bu səbəbdən, biz bu sahədə işlərin həyata keçirilməsinə başladıq. Regionlarda yeni səhiyyə müəssisələrinin inşası və əsaslı təmiri işinə start verildi.

 

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 642 yeni və əsaslı təmir olunmuş səhiyyə müəssisəsi tikilib istifadəyə verilib. Regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri inşa edilib. Hazırda yeni və ya əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilməyən barmaqla sayılası regionlar qalıb. Ölkə başçısının geniş tərkibli müşavirədə qeyd etdiyi kimi biz bu il Qubada, Şəmkirdə, Goranboyda, Qazaxda, Naftalanda və Qobustanda müasir səhiyyə müəssisələrini əhalinin istifadəsinə təqdim etməyi nəzərdə tutmuşuq. Gələn il analoji müəssisələr Fizuli və Qəbələdə əhalinin istifadəsinə təqdim edilməsi planlaşdırılıb. Beləliklə, bu müəssisələr istifadəyə veriləndən sonra ölkənin demək olar ki, bütün regionlarında əhali yerindəcə müəsir səhiyyə müəssisələrdən istifadə edə biləcək”.

 

Həyata keçirilən tədbirlər sırasında yoluxucu xəstəliklərlə, epidemiyalarla mübarizə sahəsində atılmış addımların xüsusi əhəmiyyəti var.tləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir. Hazırda ölkədə uşaq əhalisinin 93-97%-i dövlət səviyyəsində həyata keçirilən 11 peyvəndlə əhatə edilib.

 

Dövlət tərəfindən bir sıra istiqamətlərdə səhiyyə üzrə dövlət proqramları qəbul edilib. Bu proqramlar ilk növbədə inlarlar üçün həyati təhlükə yaradan sahələrdə icra edilib. O cümlədən, xronoki böyrək çatışmazlığı sahəsində əhaliyə xidmət etmək üçün 26-sı regionlarda yerləşən, 34 dializ mərkəzi istifadəyə verilib. Məlum olduğu kimi, 245 min şəkərli diabetdən əziyyət çəkən insan dövlət tərəfindən zəruri dərman vasitələri və nəzarət aparatları ilə təmin edilir.

 

Azərbaycanın Birinci vitse-prezident Meriban xanım Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzi tikilib istifadəyə verilib. Halbuki, talassemiyadan əziyyət çəkən uşaqların valideynləri üçün dərman vasitələri, qan təminatı olduqca böyük problem idi. Lakin indi bu insanlar tibbi xidmət baxımından demək olar ki, heç bir problem ilə qarşılaşmırlar. Həmçinin, indiyə kimi 55 uşağa sümük iliyi köçürülüb. Bu işin təşkili isə kadrlarının hazırlığı, zəruri avadanlığın təchizatı məsələlərinin həllini tələb edirdi.

 

Ölkədə transplantologiya inkişaf edir. Vətəndaşlar artıq əməliyyat üçün xaricə getmək zərurətindən azad ediliblər. İndiyə kimi 500 insana böyrək, 100-ə yaxın insana qaraciyər köcürülüb. Bu qrup insanlar zəruri qayğı ilə əhatə ediliblər.

 

Təcili yardıma müraciətlər son illər iki dəfəyə yaxın artıb. Təcili yardıma 1000-ə yaxın avtomobil təqdim edilib. Sanaviasiya xidməti göstərilir, zəruri hallarda vətəndaşlara regionlarda, yerlərdə Bakıdan ezam edilən mütəxəssislər tərəfindən xidmət təqdim edilir.

 

Hər il, ölkə başçısının tapşırığı ilə, əhalinin kütləvi müayinəsi həyata keçirilir. 6 milyona yaxın insan bu müayinələrə cəlb olunmuşdur.

 

Milli Onkologiya Mərkəzi, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və digər müəssisələr zəruri avadanlıqlarla təchiz edilib. Ölkəyə xarici qonaqlar səfər edən zaman qeyd edirlər ki, hətta bir sıra aparıcı tanınmış tibb mərkəzlərində bu avadanlıqlar yoxdur.

 

Səhiyyə naziri son illər səhiyyə sahəsində həyata keçirilən köklü quruculuq işlər haqqında məlumat verdikdən sonra, yerlərdə icra edilən tədbirlər haqqında məruzələr dinlənildi.

 

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin baş həkimi Kəmalə Qurbanova məruzəyə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası ilə başladı. O, qeyd etdi ki, son illərin möhtəşəm quruculuq ünvanlarından olan Naxçıvan Diaqnostika-Müalicə və Doğum mərkəzləri, Naxçıvan Muxtar Respublikası Onkoloji, Gigiyena və Epidemiologiya mərkəzləri, Naxçıvan Şəhər Təcili Tibb, Naxçıvan Uşaq Bərpa mərkəzləri, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Şəhər Körpələr Evi, Ağciyər, Psixi Xəstəliklər dispanserləri, rayon mərkəzi xəstəxanaları və digərləri bu gün muxtar respublikada ən müasir səhiyyə müəssisələrindəndir.

 

Muxtar respublikada müstəqillik illərində 266 səhiyyə obyektinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi səhiyyə sahəsində görülən işlərin əsas göstəricisidir.

 

Ölkəmizin tanınmış xəstəxana və klinikaları ilə qarşılıqlı əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır, onların iştirakı ilə mütəmadi olaraq birgə tibbi aksiyalar keçirilir. Hazırda aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.

 

Qəbul edilmiş Dövlət Proqramı çərçivəsində dializ olunan xəstələr üçün dializ materialları, Dağınıq skleroz xəstələri üçün dərman preparatları, ilkin vərəm intoksikasiyasını təyin etmək üçün reaktivlər, testlər, Diaskintest, tibbi materialların alınıb gətirilməsi tibb işçilərinin xidmətini yaxşılaşdırmışdır.

 

K.Qurbanova bildirdi ki, bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə prezidentinin müvafiq tapşırığı hər il müayinələr Naxçıvanda uğurla icra olunur. Tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək üçün muxtar respublika səhiyyəsində ardıcıl tədbirlər həyata keçirilir, uşaq əhalisinə tibbi xidmətin səmərəliliyi ildən-ilə yüksəldilir. Təhsil müəssisələrində yaz və payız aylarında şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi tibbi müayinəsi aparılır. Şagirdlər arasında İlkin vərəm intoksikasiyasını vaxtında aşkarlamaq məqsədilə əvvəlki illərdə Mantu sınağı, ötən ildən isə Diaskintest müayinəsi tətbiq olunmuşdur.

 

Digər yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali də kütləvi profilaktik müayinələrə cəlb olunur. 2016-cı ildə 51-55, ötən il 56-60 yaşlı əhali arasında dispanserizasiya aparılıb. Bu il isə həmin müayinələr 61-65 yaş qrupunu əhatə edəcəkdir. Ali və orta ixtisas məktəblərində tələbələrin kütləvi tibbi müayinəsi, qadınlar arasında süd vəzi xərçəngönü xəstəliklərinin aşkar edilməsi üçün mammoqrafiya müayinələri ötən il də davam etdirilmiş, ucqar dağ kəndlərində əhalinin kütləvi tibbi müayinəsi, yaşı 100 və yuxarı olan əhalinin dispanserizasiyası aparılmışdır.

 

Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramının uğurlu icrası ana və uşaqların sağlamlığının qorunması işində əhəmiyyətli rolu olmuş, ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə edilmişdir.

 

Daha sonra çıxış edən Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov son illər ərzində Azərbaycan həm bölgədə, həm də dünya miqyasında həyatın bütün sahələrində surətlə inkişaf edən, gündən – günə çiçəklənən, güclü və müasir dövlətə çevrildiyini vurğuladı.T.Zahidov bildirdi ki, ötən il sentyabrın 24-də prezident İlham Əliyev rayona səfəri çərçivəsində Neftçala Mərkəzi Rayon Xəstəxanasında olmuş, əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada yaradılmış şəraitlə tanış olmuş, əhaliyə tibbi xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyyələrini vermişdir.

 

Belə bir əlamətdar gündə ölkə rəhbərinin tibb müəssisəsində xəstəxanamızda olması, Neftçala rayonunun səhiyyə işçilərinin, bütün rayon əhalisinin hədsiz sevincinə səbəb olmuşdur. 2017-ci ildə başa çatdırılan əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada Funksional-diaqnostika, cərrahiyyə şöbəsi və əməliyyat bloku, anesteziologiya-reanimatologiya və intensiv terapiya, mamalıq-ginekologiya, terapiya, (hemodializ – avadanlıq quraşdırılmamışdır), pediatriya, konsultativ poliklinika şöbələri, klinik-diaqnostik laboratoriya tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təchiz edilmişdir”.

 

“Komputer tomoqrafiya, rəqəmsal rentgen, flüoroqrafiya, elektroensofaloqrafiya, exokardioqrafiya, ultrasəs müayinəsi, müasir biokimyəvi laboratoriya, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş əməliyyat otaqları, ən mürəkkəb diaqnozları müəyyənləşdirməyə və ən çətin cərrahi əməliyyatları həyata keçirməyə imkan verir. Yuxarıda göstərilən tibbi avadanlıqlarla işləmək üçün mütəxəssis hazırlığına xüsusi diqqət yetirilmiş, 12 həkim və 20 orta tibb işçisi Bakı şəhərinin müxtəlif klinikalarında təkmilləşmə və iş yerində təcrübə keçmişdir. Xəstəxananın bütün infrastrukturu yenidən qurulmuşdur. Mərkəzləşdirilmiş oksigen təminatı, sterilizasiya bloku, 24 saat ərzində fasiləsiz işləyən istilik, isti su, kanalizasiya və havalandırma sistemləri, elektrik və rabitə xətləri həm xəstəxana personalının iş şəraitini yaxşılaşdırmış, həm də bütün sutka ərzində rayon əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan yaratmışdır.

 

Yaradılan bu şərait, qısa müddətdə öz nəticəsini vermişdir. Rayon əhalisi ən adi müayinələr, tibbi xidmətlər almaq üçün Bakı şəhərinə və digər rayonlara getmək əziyyətindən qurtarmışdır. İndi hər bir Neftçala vətəndaşı öz rayonunda, ixtisaslı həkim-mütəxəssislər tərəfindən ən müasir tibbi avadanlıqlarla müayinə olunur, ehtiyac olarsa hər cür şəraiti olan xəstəxanada müalicə alır.

 

Məruzə ilə çıxış edən Bərdə Müalicə Diaqnostika Mərkəzin baş həkimi Həsən Hüseynov, bu gun Azərbaycanın regionlarında səhiyyənin inkişafı və bununla əlaqədar nailiyyətlərdən danışdı. Vurguladı ki, regionlarda yeni-müasir səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, əsalı təmir olunması adi hal almışdır. Dövlət rəhbərliyinin qayğısı ilə bu gün Azərbaycanda 12 müasir tipli, Müalicə-Diaqnostika Mərkəzləri fəaliyyət göstərməkdədir. Bu səhiyyə müəssisələrinin müasir tibbi avadanlıqlarla təchiz olunması, onlarin regionlarda əhəlinin sağlamlıgının qorunmasında fəaliyyət imkanlarını xeyli artırmışdır.

 

Sərhəd bölgəsində yerləşən Bərdə MDM, ölkə başçısı cənab İlham Əliyev və xanımı Mehriban xanım Əliyevanın iştirakı ilə 2 mart 2009-cu ildə açılaraq istifadəyə verilmişdir.

 

Bərdə MDM müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzdə KTM 3-Ultrasəs aparatı ilə, Olimpus markalı endoskopiya cihazı ilə, Laporoskopik əməliyyatlar üçün avadanlıq, 4 narkoz(Draqer) və 2 Süni Tənəffüs (Savina-Draqer) aparatları, 25 ədəd Süni böyrəkaparatı (Frezenius), 8 monitorla (draqer) təchiz olunmuşdur. Eyni zamanda Mərkəzdə müasir avtomatlaşmış Laborotoriya, Fizioterapiya və tibbi bərpa bölümləri fəaliyyət göstərməkdədir.

 

Mərkəzdə stasionar müalicə alan xəstələr dərman və tibbi ləvazimatlarla demək olar ki, 100% təmin olunurlar. Xəstələrə evdən qida və ərzaq gətirilməsi tamamilə qadağan edilmişdir. Onlar müvafiq masalara uyğun pəhriz yeməkləri ilə təmin olunurlar. Xəstələr cərrahiyyə şöbəsində və əməliyyat bölümündə spesifik xəstə geyimləri və tərliklərlə təmin edilmişlər.

 

Digər çıxış edən Gəncə Regional Perinatal Mərkəzinin direktoru Nəzakət Həsənova bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə məqsədyönlü və dinamik sürətdə aparılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində səhiyyə sahəsinə də öz tövhələrini vermişdir. Bildiyiniz kimi, Azərbaycanda Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir. Qeyd etməliyik ki, son illər ölkəmizdə bu sahədə mühüm nailiyyətlər də əldə edilmişdir.

 

Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılmış və müasir avadanlıqlarla təchiz edilmişdir. Bu da respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətlərdən istifadənin əhali arasında ölkəmizdə daha bərabər şəkildə bölünməsinin təmin olunmasına imkan yaratmışdır.

 

N.Həsənova qeyd etdi ki, perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması istiqamətində aparılan tədbirlərin davamlılığının təmin edilməsi, beynəlxalq diridoğulma meyarlarına keçilməsi vasitəsilə Azərbaycan Respublikasında perinatal və uşaq statistik göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi standartlara uyğunlaşdırılması, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yarada bilən patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, doğuşayardım xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması qarşımızda qoyulan problemlərin həllinə mümbit şərait yaratmışdır.Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada ana və körpə ölümü göstəriciləri azalmışdır.

 

Ölkə başçısının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarından danışarkən Gəncə Perinatal mərkəzinin fəaliyyətindəki uğurlarımızla da sevinə bilərik.Belə ki Gəncə Regional Perinatal Mərkəzi sərhədyanı və dağ rayonları olan 14 rayonun qadın əhalisinə xidmət göstərir.Xidmətin keyfiyyətinin yüksəldilməsinin əsas göstəricisi Dövlətimizin və Səhiyyə Nazirliyinin Mərkəzin tibbi avadanlıqlar və dərman preparatları ilə yüksək səviyyədə təmin olunmasıdır.Bu təminat Azərbaycan Respublikasının bütün Perinatal mərkəzlərinə aiddir.Gəncə Perinatal Mərkəzinin timsalında qeyd edə bilərəm ki,son 1 ildə Mərkəzimiz 500000 manatlıq müasir standartlara uyğun tibbi avadanlıq və 79000 manatlıq dərman preparatı ilə təmin edilir.Bu dərmanlara vaxtından əvvəl doğulmuş uşaqların ağ ciyərlərinin açılması üçün istifadə olunan kurosurf dərmanı və qiymətdə heç də ondan geri qalmayan kofein sitrat dərmanı da var.Təbii ki,bu preparatlar ətraf rayonlardan köçürülən az çəkili uşaqların həyata qayıtmasında böyük rol oynayır.Perinatal mərkəzlərin bu səviyyədə təminatı orada işləyən həkim kollektivinin qarşısında böyük məsuliyyət yaradır.Qeyd etməliyəm ki,son bir ildə Gəncə Regional Perinatal mərkəzdə ana ölümü baş verməyib.Bizim işlərimiz tək Gəncə əhalisinə xidmət etməklə başa çatmir,belə ki Gəncə şəhər Səhiyyə İdarəsinin göstərişi və rəhbərliyi ilə ətraf rayonlarda ana və uşaq ölümlərinin qarşısını almaq üçün briqadalar təşkil olunmuşdur.Bu briqadalara həkim reanimotoloq,mama-ginekoloq və USM həkimi daxildir.Yəni vəziyyətindən asılı olaraq köçürülməsi mümkün olmayan hamilə qadınlara yaşadığı yerdəcə tibi yardım göstərilir.Eyni briqada neonotoloqlardan təşkil olunaraq yeni doğulmuşların üçün tətbiq edilir. Nəqliyyat küvezi yerləşdirilmiş təcili yardımla neonotoloqlar rayonlara göndərilir.

 

Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlövsət Əliyev öz çıxışında qeyd etdi ki, adı çəkilən konfransda cənab prezident ölkə iqtisadiyyatının hərtərəfli inkişaf dinamikasını qeyd etməklə yanaşı, səhiyyəmizin inkişafına da xüsusi diqqət ayırmışdır. Respublikamızda son illər geniş quruculuq, abadlıq işlərinə toxunan cənab prezident 100-lərlə səhiyyə müəssisələrinin yenidən tikilməsi, bəzilərinin əsaslı təmir edilməsini vurğulayaraq, əhalinin icbari tibbi dispanzerizasiyası üzərində xüsusilə dayanmışdır.

 

Baş həkim vurğuladı ki, 2011 və 2013-cü illər ölkənin cənub qapısı olan Astara rayonunun əhalisi üçün ən əlamətdar il kimi tarixə düşmüşdür. Belə ki, həmin illərdə ölkə prezidentinin şəxsi tapşırığı və qayğısı sayəsində uzun illərdən bəri tikilən və yararsız halda olan Astara MRX hər iki korpusu əsaslı təmir edilmiş və rayonumuza şəxsən iki dəfə gələn möhtərəm prezidentimiz bu möhtəşəm səhiyyə binalarını rayon əhalisinə ərməğan etmişdir.

 

“Elə bunun nəticəsidir ki, tarix boyu Bakı şəhərinin ayrı-ayrı klinikalarına, hətta İrana üz tutan rayon sakinləri bütün tibbi avadanlıqlarla təchiz edilmiş mərkəzi rayon xəstəxanasında istənilən müayinədən keçir, bütün tibbi yardımlarla təmin edilir, xəstələrə irili-xırdalı müxtəlif cərrahi müdaxilələr aparılır, bəzi hallarda isə Bakı şəhərindən dəvət olunmuş xüsusi həkim briqadaları tərəfindən ən çətin əməliyyatlar belə rayonumuzda icra edilir.

 

Tibbi dispanserizasiya çərçivəsində ötən il rayonunun 106527 nəfər sakinindən 81883 nəfərini tibbi müayinədən keçirilib. İl ərzində 29500 nəfər uşaq kontinigentinin 28750 nəfəri tibbi müayinədən keçirilib. Məhz rayonunun səhiyyə xidmətinin geniş profilli imkanları olduğu üçün xəstəxanada KT, USM-si, rentgen, EKQ, EXO-kardioqrafiya, EEQ, müxtəlif laborator müayinələri aparılır, çoxprofilli cərrahi əməliyyatlar həyata keçirilir. Belə ki, ötən il tibbi dispanserizasiya çərçivəsində 25808 nəfərə laborator, 4249 nəfərə EKQ, 1719 nəfərə rentgen, 72 nəfərə KT-sı, 6228 nəfərə USM-si, 769 nəfərə oftalmoskapiya, 740 nəfərə refraktometriya, 744 nəfərə rinoskapiya, 717 nəfərə otoskapiya müayinələri aparılmış, minlərlə vətəndaşa mütəxəssis baxışları keçirilmişdir. Ötən il aparılan müayinələr nəticəsində aşkar edilmiş 8312 pataloji hala görə 152 xəstə stasionar, 7982 xəstə ambulator müalicəyə cəlb edilmiş, 178 xəstəyə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün mütəxəssislərlə məsləhətləşmələr aparılmış, bəziləri rayon mərkəzi xəstəxanasına Bakıdan dəvət olunmuş mütəxəssislər tərəfindən tibbi yardımla təmin edilmiş, az hallarda isə Bakı şəhərinə göndərişlər verilmişdir.

 

Ə.Əliyev bildirdi ki, tibbi dispanserizasiya çərçivəsində rayon mərkəzi xəstəxanasında yaradılmış səyyar həkim briqadaları rayon mərkəzindən 50km aralıda yerləşən dağ kəndlərində tibb məntəqələrində, lazımı gəldikdə təcili yardım maşınlarında, bəzən evlərdə əhalini müayinələrdən keçirib, tibbi yardımlar göstərib. Məhz son illər Azərbaycan səhiyyəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir ki, Astaradan İrana deyil İrandan Astaraya gələn xəstələrin sayı günü-gündən artıb. Hazırda dispanserizasiya barədə Nazirliyin müvafiq sərəncamı alınıb və buna uyğun tədbirlər planı tam hazırlanıb, tibbi şura keçirilərək bütün məsələlər müzakirə edilmiş və bu il əhalinin icbari tibbi dispanserizasiyasının müvəffəqiyyətlə keçirilməsinə xəstəxana tam hazırdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

6/02/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..