Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təlimçi sertifikatına layiq görülmüşlər

Azərbaycanda uşaq inkişafı çətinliklərinin erkən aşkarlanmasına dair yeni yanaşmaları tədbiq etmək məqsədilə 2014-cü ildən UNİCEF-in və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ankara Universitetinin İnkişaf Pediatriya kafedrası, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu,Bakı Bərpa Müalicə Mərkəzi arasında əməkdaşlığa başlanmışdır.

 

Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrası tərəfindən hazırlanmış “İnkişafın Dəstəklənməsi və İzlənməsi üzrə Beynəlxalq Rəhbərliyin“(İDİR) klinik istifadəsinin tədbiqi məqsədilə Türkiyə və Azərbaycan mütəxəssislərindən ibarət işçi qrup yaradılmışdır. İşçi qrup tərəfindən İDİR-n Azərbaycanda tədbiqi üçün onun diplomdansonrakı təhsil proqramlarına (rezidentura daxil olmaqla) daxil edilməsi qərara alınmışdır.

 

Bununla bağlı Ə.Əliyev adına ADHTİ-nin pediatriya, nevrologiya və ailə təbabəti kafedralarının ixtisasartırma kurslarının proqramlarında uşaq inkişafı və tez-tez rast gəlinən çətinliklər, İDİR-in istifadəsinə dair mövzular yer almışdır.Bu müddət ərzində Ə.Əliyev adına ADHTİ-nin pediatriya kafedrasının dosenti M.Qaraxanova, nevrologiya və klinik neyrofiziologiya kafedrasının assistenti M.Məmmədova və ailə təbabəti kafedrasının kuratoru S.Əliyeva Bakı şəhəri və Respublikanın rayonlarında həkimlər üçün İDİR-ə həsr edilən təlimlərin keçirilməsində iştirak etmişlər.

 

2018-ci il fevral ayında Ankara Universitetinin İnkişaf Pediatriyası kafedrasının rəhbəri, İDİR üzrə Beynəlxalq Rəhbərliyin müəllifi professor İlgi Ertem və kafedranın nümayəndəsi Özlem Gülümser Azərbaycanda İDİR-in tədbiqinin monitoringi məqsədilə Bakıya səfər etmişlər.

 

Səfər zamanı Azərbaycanda İDİR üzrə mütəxəssislərlə bir sıra görüşlər keçirilmiş, Azərbaycanda İDİR tədbiqinə dair məsələlər müzakirə edilmişdir. Səfərin əsas hissəsi İDİR üzrə təlimçilərin təlim təqdim etmə prosesinin (təlimçilərin bilik və bacarıqlarının) monitorinqi olmuşdur. Bununla bağlı Bakı şəhəri 13 saylı uşaq poliklinikasında Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan pediatr, nevroloq, neonatoloq, psixoloq, loqoped, pedaqoqlar üçün institutun əməkdaşları tərəfindən təlim təşkil edilmişdir. Professor İlgi Ertem və əməkdaşlərı təlimləri izləmiş və sonda onları qiymətləndirmişlər.Nəticədə Ə.Əliyev adına ADHTİ-nin əməkdaşları “İkişafın Dəstəklənməsi vəİizlənməsi Beynəlxalq Rəhbərliyi”nin istifadəsi üzrə təlimçi sertifikatına layiq görülmüşlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/03/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..