Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Abşeron rayonunda tibbi müayinə yüksək səviyyədə keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Abşeron rayonunda da uğurla aparılır. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, işçi qrupu təsdiqlənmiş və qrafik hazırlanmışdır.

 

Aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicəsi baxımından çox əhəmiyyətlidir. Sakinlər rayon mərkəzi xəstəxanasında, şəhər poliklinikasında, kənd və qəsəbələrdə yerləşən tibb məntəqələrində müayinə olunurlar. Bundan başqa yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kənd və qəsəbələrində əhalinin tibbi müayinəsi həyata keçirilir.

 

Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqadalar xəstəxanalara getmək imkanı olmayan sakinlərə evlərdə xidmət göstərirlər.

 

Martın 2-də də aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət beş peşəkar həkim briqadası tibb müəssisələrinə gəlmək imkanı olmayan Xırdalan şəhərində yaşayan yaşlı sakinlərin müayinəsi vətəndaşların mənzillərində aparıblıb. Aşkar edilən xəstəliklərlə əlaqədar sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunublar.

 

Müayinədən keçən şəhər sakinləri onların sağlamlıqlarının qeydinə qaldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

6/03/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..