Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qeyri-infeksion xəstəliklər və Qlobal Psixi Sağlamlıq Simpoziumunun plenar iclası keçirilib

26-27 mart tarixlərində Milli Psixi Sağlamlıq Mərkəzində Qeyri-infeksion xəstəliklər və Qlobal psixi sağlamlıq simpoziumuna start verilib. 

 

Martın 27-də simpozium işini Azərbaycan Tibb Universitetində (ATU) davam etdirib. Plenar iclasda giriş sözü ilə çıxış edən ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professoru Sabir Əliyev simpoziumun əhəmiyyətindən danışıb. 

 

Professor S.Əliyev simpozium iştirakçılarına ATU-nun tarixi haqqında da qısa məlumat verərək qeyd etdi ki, Azərbaycan Tibb Universiteti 1930-cu ildə Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazası əsasında yaradılıb. Yarım əsrdən çoxdur fəaliyyətdə olan Azərbaycan Tibb Universiteti hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən iri elm və tibb ocağıdır. Universitetin elmi-tədqiqat laboratoriyaları müasir cihaz və avadanlıqla təchiz edilmişdir.

 

Daha sonra Boston Uşaq Xəstəxanası, Harvard Tibb Məktəbinin mərkəz direktoru, MPH Kerim Munir çıxış edərək, simpoziumun işinə uğurlar arzuladı. Azərbaycan Psixiatriya Assosasiyasının prezidenti, professor Nadir İsmayilov, ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, psixiatr İkram Rüstəmov belə bir mötəbər toplantının Azərbaycanda keçirilməsinin ölkəmizdə səhiyyə sahəsinin inkişafının göstəricisi olduğunu bildirdilər.

 

Daha sonra plenar iclas işini müxtəlif mövzular ətrafında məruzələrdlə davam etdirdi.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

27/03/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..