Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibbi müayinələr aylığı davam edir

Ölkə başçısının tapşırığına əsasən fevralın 12-dən başlayaraq respublika vətəndaşlarının tibbi müayinədən keçirilməsi tədbirləri regionlarla yanaşı, Bakı şəhərində davam etdirilir.

 

Tibbi müayinələrin effektiv keçirilməsi üçün səhiyyə müəssisələrində bütün lazımi şərait yaradılıb. Həmçinin, idarə və təşkilatlarda tibbi xidmətlərin göstərilməsi, habelə evlərdə yataq xəstələrinin müayinə edilməsi məqsədilə həkim briqadaları yaradılıb.

 

28.03.2018-ci il tarixində əhalinin tibbi müayinəsi proqramı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları tibbi müayinədən keçirilib.

 

Müayinələrdə 16 və 19 saylı Şəhər Poliklinikaların, həmçinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının həkimlərindən ibarət briqadalar tərəfindən həyata keçirilib.

 

Günün sonuna kimi davam edəcək müayinələrdən 200 əməkdaşın yararlanaçağı nəzərdə tutulub .

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

28/03/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..