Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası seçki günü əhaliyə yüksək səviyyədə xidmət edib

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 11 aprel 2018-ci il tarixdə əhaliyə yüksək səviyyədə xidmət edib.

 

Stansiyanın “103” xidmətinə gün ərzində 2087 ümumi müraciət daxil olub ki, bunun da cəmi 7-i seçki dairələrindən olub. Daxil olan müraciətlər 16, 40, 17, 27, 1, 125 və 24 saylı seçki məntəqələrindən qeydə alınıb. Müayinələr zamanı hipertoniya, mövsümi allergiya, stenokardiya və baş ağrısı kimi diaqnozlar təyin edilib.

 

“103” xidməti 24 saatı ərzində fasiləsiz Bakı şəhərinin xəstə və zərərçəkən əhalisinə hadisə yerindən müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərən tibb müəssisəsidir.

 

2017-ci ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 12 mindən çox, yəni 693,6 mindən artıq ümumi müraciət daxil olmuşdur. Bu müraciətlər əsasında 63,3 mindən çox xəstə stasionar müalicəyə yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 82 mindir. Onlardan stasionar müalicəyə yerləşdirilənlərin sayı 12,5 mindən artıq olmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

12/04/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..