Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

12 may Beynəlxalq Tibb Bacısı günü qeyd edilib

2 nömrəli Bakı Baza Tibb Kollecində Beynəlxalq Tibb bacısı gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan kollecin direktoru t.e.n. Dilarə Məmmədəliyeva tibb bacılarını insanların sağlamlığının ən böyük dəstəkləyici resurslarından olduğunu bildirib.

 

Böyük məsuliyyət və peşəkarlıq tələb olunan bu peşə sahiblərinin gününün beynəlxalq səviyyədə qeyd olunması təklifi hələ 1953 –ci ildə səslənsə də, təntənəli şəkildə ilk dəfə qeyd olunması 1965-ci ilə təsadüf edir. 1974-cü ildən etibarən isə bu günün 12 may tarixində, (Mərhəmət bacılarının yaradılmasının əsasını qoymuş Florens Naytinqelin doğum günü tarixində) qeyd edilməsi ÜST tərəfindən təsdiqlənib. Elə həmin ildən hər il 12 may tarixi bu ixtisas sahiblərinə həsr edilir.

 

Tədbirin sonunda gənc tibb bacılarının iştirakı ilə səhnəcik göstərilib və tibb bacılarının fəaliyyətinə həsr edilən sənədli film nümayiş olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

16/05/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..