Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

RMDM daha bir ailəyə sevinc bəxş etdi

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 29-30 həftəlik hamiləlikdən qeysəriyyə kəsiyi ilə dünyaya gələn azçəkili körpənin durumu hazırda normaldır.

 

Mərkəzin neonatoloq-pediatrı Arzu Həsənova bildirib ki, uşağın çəkisinin 850 qram olmasına baxmayaraq, Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində ailənin həyəcanlı günləri arxada qalıb. Körpə artıq süni tənəffüs aparatından ayrılıb, onun həyatda qalması təmin olunub, zəruri müayinələr (“Topuq testi”, ROP – vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) aparılıb, çəkisi normal səviyyəyə ,1750 qrama çatdırılıb.

 

Qeyd edək ki, ana və körpə tam sağlam və gümrah şəkildə evə yola salınıb. Körpənin təkrar müayinələrinin nəticəsinə görə uşağın nevroloji statusu normaldır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

21/05/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..