Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edəcək

 

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 22 iyun 2018-ci il tarixində saat 11:00-da Qusar Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

 

 Nazir, Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair onları maraqlandıran sualları cavablandıracaq.

 

 Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

 

 Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

 

 Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

21/06/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..