Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri ÜST baş direktoru d-r Tedros Adhanom Qebreyesusla görüşdü

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru d-r Tedros Adhanom Qebreyesus “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası kontekstində səhiyyə islahatları” mövzusunda Milli Konfransda iştirak etmək üçün 4-6 iyul 2018-ci il tarixlərində Bakı şəhərinə səfəri başlayıb. Səfər d-r Tedrosun ÜST-nin baş direktoru qismində ölkəyə ilk rəsmi səfəridir.

 

05.07.2018-ci il tarixində qonaq Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyevlə görüşüb. Səhiyyə Nazirliyində baş tutan görüşdə Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın Milli Əlaqələndirmə Şurasının üzvləri, habelə beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib.

 

Qonağı salamlayan cənab nazir son illər ərzində əldə olunmuş nailiyyətlərdən danışdı. Bildirdi ki, müstəqilliyimizin ilk illərində ölkədə vəziyyət, o cümlədən səhiyyə acınacaqlı durumda idi.

 

Belə olan halda ölkə başçısı səhiyyə sektoruna vəsaitlər ayırdı və ildən-ilə bu vəsaitlərin həcmi artırılırdı.

Məhz bu diqqət və qayğının nəticəsidir ki, hazırda ölkədə 600-dan artıq tibb müəssisəsi tam təmir olunub və ya yenidən tikilərək əhalinin istifadəsinə verilib. İstifadəyə verilən tibb müəssisələrinin hər biri Avropa standartlarına uyğun bütün lazımi tibbi avadanlıqlarla təmin olunub, kadr potensialı gücləndirilib.

 

Ölkədə infeksion xəstəliklərin aradan qaldırılması məqsədi ilə görülən işlərə nəzər salan səhiyyə naziri 1990-cı ildən sonra malyariyaya görə olan vəziyyəti xatırlatdı. Bildirdi ki, ö zamanlar vəziyyət çox sürətlə pisləşməyə başlamışdır. Baş vermiş epidemiya 1996-cı ildə ən yüksək səviyyəyə çatmışdır. Geniş miqyaslı əksepidemik tədbirlərin aparılmasının nəticəsində malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq 2010-cu ildə cəmi 50 hadisə qeydə alınmışdır.

 

Bu gün isə beynəlxalq təşkilatların da dəstəyi ilə ölkəmizdə malyariyanın eliminasiyasına nail olunmuşur. Ölkəmizdə göy öskürək, digər parazitar xəstəliklərə də artıq rast gəlinmir.

 

Sonra O.Şirəliyev hazırda bütün diqqətin qeyri infeksion xəstəliklərin müalicəsinə, bu sahədə yeniliklərin tətbiqinə yönəldiyini bildirdi. Vurğuladı ki, ölkəmizdə acıq ürək əməliyyatları, uşaq kardiocərrahiyəsi, ilik köçürülmə əməliyyatı, transplantalogiya, köhler implant və s. ən ağır icra olunan əməliyyatlar icra olunur.

 

Ölkə ərazisində İcbari tibbi sığortanın tətbiqindən, vətəndaşların və uşaqların icbari dispanzerizasiyasından danışan səhiyyə naziri bu görülən işlərin bir qismi olduğunu nəzərə çatdırdı.

 

Öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlıq edən (ÜST) baş direktoru d-r Tedros Adhanom Qebreyesus səfərinin ölkə müstəqilliyimizin 100 illik tarixi ilə ilə üst-üstə düşməsinə çox sevindiyini bildirdi.

 

D-r Tedros ölkəmizdə dövlətin əksər istiqamətlərinin ana və uşaqların sağlamlığının qorunmasına, infeksion və qeyri infeksion xəstəliklərin aradan qaldırılması və bir çox istiqamətlərdə hazırlanmış “Tədbirlər Planı”nın tətbiqinə yüksək qiymət verdiyini bildirdi.

Qonaq ölkəmizdə İcbari tibbi sığortanın universal səhiyyə paketi formasında hazırlanması istiqamətində ÜST-nın də xüsusi təkliflər vermək arzusunu nəzərə çatdırdı. D-R Tedroz Adhanom üç pilot rayonda tətbiq edilən İcbari Tibbi Sığortanın gedişatı haqda məlumatlı olduğunu bildirdi. D-r Tedros sonralar Azərbaycanda tətbiq olunacaq Icbarı Tibbi sığorta modulunu digər dövlətlərin təcrübəsində istifadə edilməsini təklif edəcəyini qeyd etdi.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

5/07/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..