Azərbaycanda bağırsaq törəmələrində yeni əməliyyat üsulu icra olunacaq

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda bağırsaq törəmələrində yeni əməliyyat üsulu icra olunacaq

 

Düz bağırsaq xərçənginin müalicəsində cərrahi əməliyyat ən önəmli mərhələlərdəndir və onun düzgün tətbiqi xəstənin gələcək həyatının təminatıdır. Son illərdə dünyada bu sahədə əldə olunan nailiyyətlər düz bağırsaq xərçənginin sağalma şansını dəfələrlə artırıb.

 

Rektum (düz bağırsaq) cərrahisinin ən müasir və inqilabi üsullarından hesab edilən TaTME əməliyyatı Antonio Lacy (İspaniya, Barselona, Hospital Clinic) tərəfindən irəli sürülüb və qısa bir zamanda effektivliyi və mükəmməlliyi ilə kolorektal cərrahlar arasında rəğbət qazanıb. Bu üsulun özəlliyi – xüsusi cihazlar vasitəsi ilə mürəkkəb rektum əməliyyatının transanal yolla icra edilməsi, əməliyyatın daha etibarlı olması və kolostomaya ehtiyacın aradan qalxmasıdır.

 

 

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) uzman-cərrahı İlqar İsmailov uzun llərdi ki, ölkəmizdə bu sahədə bir çox uğura imza atıb. Respublikamızda TaTME üsulunun icrasına başlamaq hədəfi ilə İlqar İsmayılov İspaniyanın Barselona şəhərində dünyaca məhşur Antonio Lacy Mərkəzində kursda iştirak edib və birbaşa əməliyyatın müəllifindən dərs alıb.

 

 

Texniki təchizatla bağlı qısa hazırlıq zamanından sonra bu əməliyyatların ölkəmizdə – Respublika Müalicəvi Diaqnostika Mərkəzində icra olunması nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

17/07/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..