Media nümayəndələri hepatoloji müayinədən keçiblər

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Media nümayəndələri hepatoloji müayinədən keçiblər

 

“22 iyul – Azərbaycan Respublikası Milli Mətbuat və Jurnalistika Günü” və “28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü” münasibətilə aparıcı media qurumlarının nümayəndələri Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) qastroenteroloq-hepatoloqun konsultasiyası həmçinin hepatit B və C-yə görə testdən keçiblər.

 

Müayinə “Türkiyə Qastroenteroloji Dərnəyi”nin fəxri üzvü, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkim-qastroenteroloq-hepatoloqu Cəmil Kamilli tərəfindən aparılıb.

 

C.Kamilli müsahibəsində əhalini qaraciyərə zərər yetirən hepatitlərlə mübarizə aparmağa, sağlamlığın qayğısına vaxtında qalmağa çağırıb. Həmçinin iyulun 25-27-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində əhali üçün keçiriləcək hepatoloji kampaniyada hər kəsi fəal olmağa çağırıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

23/07/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..