Əsas bölmələr
Bu gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik yaranmışdır. Nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik yaşanıb. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilmişdir.
Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə yerindəcə ilkin tibbi yardım göstərilmişdir. Vəziyyətləri nisbətən ağır olan 14 yaşlı iki şagird isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilmişdir.
Toksikologiya şöbəsinə daxil olmuş hər iki şagirdin vəziyyətləri yüngül qiymətləndirilir. Şagirdlər qısa bir zaman ərzində evlərinə buraxılacaqlar.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Təcili Tibbi Yardım Stansiyasına daxil olmuş çağırışlara dair məlumat
Pulmonologiya üzrə elmi-praktiki kurslar keçirilir
14 noyabr Ümumdünya Diabet günüdür
Azərbaycanda ilk dəfə “pipeline stent” implantasiyası həyata keçirilmişdir
Səhiyyə Nazirliyində Yanğından mühafizə qaydalarına həsr edilmiş müşavirə keçirildi
Həkimləri Təkmilləşdirmə İnstitutunda Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfran...
Qaradağ rayonunda baş vermiş yol qəzasına dair Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Rezidentura təhsilinin təşkili ilə bağlı görülmüş işlərə dair kollegiya iclası keçirildi
Şamaxı Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
Səhiyyə Nazirliyində kadr məsələlərinə həsr olunmuş kollegiya iclası keçirilib
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə