Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Travmotoloq və Ortopedlərin I qurultayı keçiriləcəkdir

17-18 May 2014-cü il saat 08.30-da etibarən Hyatt Reggency Bakı” Otelinin Quba zalında Azərbaycan Travmotoloq və Ortopedlərin I qurultayı keçiriləcəkdir.

 

Azərbaycanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan travmatologiya və ortopediya ixtisası böyük yol keçmiş və hal-hazırda beynəlxalq standartlara uyğunlaşma tendensiyalarını yaşayır. Son onillikdə ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının səhiyyəyə göstərdiyi qayğı nəticəsində 500-dən artıq tibb ocaqları tikilib və ya yenidən qurularaq ən müasir avadanlıqla təchiz edilmişdir. Hazırda ən ucqar bölgələrdə belə mürəkkəb əməliyyatları həyata keçirmək imkanı yaranıb. Hal-hazırda Azərbaycanda 100-dən artıq, əsasən Türkiyə və digər ölkələrdə rezidentura (təhsilini)bitirmiş istedadlı mütəxəssislər çalışır və innovasion texnologiyaların tətbiqi sahəsində mühüm işlər görür.

 

Azərbaycan travmatoloqlar və ortopedlərin I Qurultayının əsas məqsədi ölkədə bu sahə üzrə vəziyyəti təhlil edərək bu günün kadr potensialını bütün ölkə ərazisində səmərəli istifadə edərək vətəndaşlara yüksək səviyyəli ixtisaslaşmış yardımı yalnız paytaxtda, böyük şəhərlərdə deyil, həmçinin bölgələrdə də təşkil etməkdir. Bu səbəbdən Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan MR və digər regionlarda çalışan travmatoloq ortopedlərin bölgələrdəki vəziyyət və çatlamazlıqlarla bağlı məruzələri dinləniləcəkdir.

 

Qurultayda ölkədə çalışan mütəxəssislərin uğur və problemləri, yeni formalaşan rezidentura təhsil sisteminin təşkili və inkişaf yollarının müzakirəsi haqda ətraflı müzakirələr aparılacaq və gələcək inkişaf yolunu müəyyənləşdirək.

Qurultay KİV nümayəndələri üçün acıqdır

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı

15/05/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013