Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəkərli diabet xəstələrinə pompalar tətbiq olunacaq

Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetdən əziyyət çəkən uşaqlara insulinin vurulmasında xüsusi cihazlardan, pompalardan istifadə olunacaq. İlkin mərhələdə 90 ədəd pompalar 3-18 yaş arası 90 nəfər uşaq üçün nəzərdə tutulmuşdur. Dövlət hesabına Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən alınaraq, mərkəzləşmiş formada Respublika Endokrinoloji Mərkəzinə təqdim olunana pompalar uşaqlara dövlət hesabına tətbiq ediləcək.

Pompa insulinin yeridilmə metodudur və bunun adi insulinin vurulmasından bir sıra fərqli cəhətləri vardır. Belə ki, pompa vasitəsilə daha fizioloji olaraq insulin yeridilir. Digər insulin preparatları isə 12 saatdan 24 saata kimi təsirə malikdir və bu, stabil olaraq orqanizm tərəfindən qəbul olunur. Amma insulin pompası ilə bazal insulinin günün istənilən vaxtında vurulması, mütləq miqdarı kənardan proqramlaşdirilir. Pompada verilən proqrama əsasən insulin bədənə yeridilir. Bu da şəkəri daha düzgün kompensasiya etməyə imkan verir. İkinci tərəfdən də qida insulini lazım olanda bu proqram vasitəsilə orqanizmə yeridilir və ora əlavə olaraq insulin atılır. Pompada ultraqısa və yaxud qısa təsirli insulin istifadə olunur. Onun da iynəsi 3 gündən bir dəyişilir. Digər insulin yeridilmə metodunda (insulin preparatlarının infuziyasında) gündə 1-2 dəfə bazal insulin, xəstənin yediyi qidaya uyğun 3-4 dəfə qida insulin vurulur. Amma yeni metodda insulin iynəsi bir də dəri altına yeridilir, şunur vasitəsilə pompayla əlaqələndirilir və 3 gündən bir dəyişilir. İnsulin iynəsi dərialtına düşən müxtəlif nahiyələrdə yerləşdirilir və şunur vasitəsilə pompa ilə əlaqələndirilir. Pompanın işində insulin rezervuarı olur və bu, proqrama uyğun olaraq uşaqlara insulin yeridilir.

Şəkərli diabetdən əziyyət çəkən uşaqlarda pompaların tətbiqində xüsusi meyarlar nəzərdə tutulacaq. Bunlara yaş həddi, müəyyən təlimlər keçmiş . özünü idarə edə bilən, süd çağı sindromu olan, kompensasiyası yaxşı getməyən yeniyetmə dövründə olan uşaqlar və.s.kimi meyarlar nəzərdə tutulacaq.

 

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

7/07/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013