main » Səhifə 10

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Əczaçılıq analizində spektro fotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans keçirilib

Azərbaycan Tibb Unievrsietetinin (ATU) Əczaçılıq kimyası kafedrası tərəfindən keçirilən silsilə metodik konfranslar davam edir. “Əczaçılıq analizində spektro fotometriyanın tətbiqi” mövzusuna həsr olunmuş növbəti konfrans 29.01.2018-ci il tarixində baş tutub.

Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar qəbul etmişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası “Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” qərar qəbul etmişdir. Qərara əsasən “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”, “Dərman vasitələrinin topdansatışına dair tələblər”, “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları” təsdiq edilmişdir.

Vərəm üzrə Laboratoriya Şəbəkəsi haqqında məlumat

ÜST və tərəfdaşlarının tövsiyyələrinə əsaslanaraq Vərəmin erkən aşkarlanması, Çoxsaylı (ÇDD) və Geniş Saylı Dərmana Davamlı (GDD) Vərəmlə mübarizədə fəaliyyət planı həyata keçirmək, erkən diaqnostikasını gücləndirmək məqsədilə Vərəm laboratoriyalarının potensialının inkişafı, laborator şəbəkənin yaradılmasını təmin etmək prioritet məqsədlərdən biridir.

ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasında rezidentlərin seminarı başlayıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında şüa diaqnostikası və terapiyası kafedrasının rezidentləri üçün seminar keçirilib. Açılış nitqi ilə çıxış edən ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, dosent Məlahət Sultanova seminarın əsas məqsədlərini açıqlayıb. Onun sözlərinə görə, seminarda rezidentləri aktual mövzulara dair öz fikirlərini bildirirlər: “Şüa diaqnostikası və terapiyası kafedrasında 40 rezident fəaliyət göstərir. Onlardan 20-si ATU-nun Tədris Terapevtik, yerdə qalanları isə Tədris Cərrahiyyə Klinikasında çalışırlar. Sevindirici haldır ki, bu seminara hər iki klinikanın bazasında olan rezidentlərimizin çıxışları olacaq”.

Kliniki Tibbi Mərkəzdə tədbir keçirilmişdir

25.01.2018-ci il tarixində Kliniki Tibbi Mərkəzdə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyevanın iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə qeyd edildi ki, kəskin respirator virus xəstəliyi ilə bağlı müraciətlər daha çox mövsüm ərzində sentyabr-may aylarında daxil olur. Mövsüm ərzində Klıiniki Tibbi Mərkəzin terapiya şöbəsinə daha çox tənəffüs sistemi, ürək-damar sistemi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər edilir.

İctimai nəzarət və məsləhət şurası imtahanın gedişini izlədi

Yanvarın 23-də Azərbaycan Tibb Universitetinin (ATU) rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurası (İNMŞ) növbəti reydini keçirib. 5 saylı tədris binasında keçirilən monitorinqdə şuranın üzvləri - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, QHT-lərin Antikorrupsiya Şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva və tələbə-dekan Məhərrəm Alimli iştirak ediblər.

ET Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyəti haqqında məlumat

Еlmi-Тədqiqat Аğciyər Хəstəlikləri İnstitutu elmi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyasına əsasən Azərbaycan Respublikasında Vərəmə Nəzarət Proqramı üzrə 2016-2020-ci illər üçün hazırlanmış Milli Strateji Plana və Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2016-2020-ci illər üçün hazırlanmış Strategiyaya uyğun olaraq elmi-tədqiqat işlərini və iş planını konsepsiyadan irəli gələn vəzifələr üzərində qurmuş və yerinə yetirir.

ATU əməkdaşı London xəstəxanasında işləyib

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları tibb sahəsində bilik və praktiki bacarıqların artırılması üçün daim müxtəlif kurslarda iştirak edirlər. Çox hallarda ATU işçiləri xarici ölkələrdə keçirilən təlimlərə qatılrılar. ATU-nun I cərrahi xəstəiklər kafedrasının əməkdaşı Esmira Əhmədova növbəti belə proqramda uğurla iştirak edib. O, Avropa Koloproktoloqlar Cəmiyyətinin təşkil etdiyi 6 aylıq təkmilləşdirmə kursunu bitirib.

“Britaniya Tibb Jurnalının Klinik Qərara Dəstək Təlim Təşəbbüsü” fəaliyyətə başlamışdır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Britaniya Tibb Jurnalı (BMJ) Azərbaycan tibb mütəxəssislərinə özünün "BMJ Best Practice" və "BMJ Learning" resurslarına çıxış üçün şərait yaratmışdır. Bu onlayn resurslar BMJ-nin Klinik Qərara Dəstək Təlim Təşəbbüsü Layihəsi çərçivəsində təklif edilir və mütəxəssislərə sübutlara əsaslanmış məlumatlar əsasında araşdırmalar aparmaqda kömək edir. Həmin proqram Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya edilmişdir. Beləliklə, Azərbaycan həkimləri Davamlı Tibbi Təhsil (DTT) krediti əldə etmək üçün bu resurslardan rəsmi olaraq istifadə edə bilərlər. Saytda 500-ə qədər mövzu Azərbaycan dilindədir.

Azərbaycan səhiyyəsində daha bir ilk: uşaqlarda tək port cərrahiyyə tətbiq edilib

Son illərdə dünya standartlarına uyğun inkişaf yolunu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin müalicə edilməsi, unikal və mürəkkəb əməliyyatların icrası, yeni metodların tətbiqi əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı inkişafa təkan vermişdir.

Vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyi tədqiq olunacaq

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri Institutu “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar - genetik mutasiyalarının tədqiqi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib. Layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi – Azərbaycan Respublikasının müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqidir.

ATU-nun Tədris Cərrahiyyə Klinikasında "online" kurs keçirilib

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Türkiyənin “Ulusal Endoskopik Laparoskopik Cerrahi Derneği”, İstanbul Universitetinin “Sürekli Tıp Eğitim Araştırma və Uygulama Merkezi” və Tədris Cərrahiyyə Klinikasının təşkilatçılığı ilə "online" konfrans keçirilib. Yanvarın 18-də baş tutan konfrans Laparoskopik Cərrahiyyə Kursu, Korrekteal Cərrahiyyə texnikaları mövzularına həsr edilib.

20 yanvar hadisələrinə həsr edilmiş tədbir keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) 20 yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Bakı Ürək Mərkəzində növbəti unikal əməliyyat icra edilib

Unikal əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərlik etdiyi həkim komandası tərəfindən icra edilib.

Antenatal nəzarət daha da gücləndirilib

Azərbaycan Respublikasında qəbul olunan “Reproduktiv sağlamlıq” strategiyasına və perinatal konsepsiyaya əsaslanaraq ölkədə 7 Perinatal Mərkəz yaradılmışdır. Quba Regional Perinatal Mərkəz i 8 il öncə yeganə 3-cü səviyyəli doğuşayardım müəssisəsi kimi Şimal regionunda fəaliyyətə başlamışdır.

Quba Regional Perinatal Mərkəzin baş həkimi Şəhla Həsənovanın verdiyi məlumata görə, hər il Quba Regional Perinatal Mərkəzində 3000-dən artıq doğuş qəbul olunur. Daxil olan hamilələrin 47%-i risk qrupuna aiddir. Onlardan 8%-ni ağır preeklampsiyası, 31%-ni orta və ağır dərəcəli anemiyası, 8%-ni xroniki venoz çatmamazlığı olan hamilələr təşkil etmişdir.

Azərbaycanlı plastik cərrahın metodikası ABŞ-da dərsliyə salındı

Azərbaycanın tanınmış plastik və rekonstruktiv cərrahı t.ü.e.d. prof. Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlrında tətbiq etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə salınıb. ABŞ-ın Florida Tibb Kolleci Universitetinin (Jacksonville) dosenti, Çənə-üz Cərrahiyyəsi Şöbəsinin rəhbəri, mikrovaskilyar cərrahiyyənin direktoru Rui Fernandesin müəllifi olduğu “Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. Praktiki yanaşma” dərsliyində Vaqif Qələndərə məxsus xüsusi metosika da ayrıca fəsil kimi salınıb. 

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası daimi olaraq əhalinin xidmətindədir

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası daimi olaraq əhalinin xidmətindədir. Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalovun sözlərinə görə, 2017-ci il ərzində Stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərib.

Ölkədə epidemiloji vəziyyət nəzarət altındadır

Ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Bu barədə ET Pediatriya İnstitutunda keçirilmiş tədbirdə qeyd edilib.

Anatomiya Muzeyi təqdim olundu

Azərbaycan Tibb Universitetində Anatomiya Muzeyinin təqdimatı keçirilib. Muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Çünki bu kafedrnın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuiyyəti dövrünə təsadüf edir.

Gəncə şəhər Səhiyyə İdarəsində tədbir keçirilib

Gəncə şəhər Səhiyyə İdarəsində Səhiyyə Nazirliyinin 11.10.2017-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq olunan "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı"na həsr edilmiş tədbir keçirilib. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..