Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Dərman bazarında qıtlıq yoxdur

Son günlər bəzi kütləvi informasiya vasitələrində Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılmaqdadır.

Səhiyyə Nazirliyi bununla əlaqədar bildirir ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyildir.

Səhiyyə naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 28 avqust 2015-ci il tarixində saat 12:00-da Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Lənkəran vətəndaşları ilə yanaşı Astara, Masallı, Lerik rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Nigaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçirilmişdir

“Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” na uyğun olaraq 1 iyun 2015-ci il tarixindən bu günə kimi nikaha daxil olmaq istəyən 33412 nəfər tibbi müayinədən keçmişdir. Ümumilikdə müayinədən keçən və nigaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunmuşdur.

Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəsissələrinə tapşırıq verildi

 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Bakı şəhərində fəaliyyət göstərən Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə idarə və müəssisələrin rəhbər və işçilərin şəxsi avtomobillərin iş vaxtı ümumi qaydaya uyğun həyətyanı ərazilərdə parklanması”nın təminatına dair toplantı keçirildi.

İİV-ə testləşmə milli kampaniyası avqust ayının sonuna qədər davam edəcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi müəssisə və təşkilatlardan daxil olan müraciətləri nəzərə alaraq cari ilin 3-10 avqust tarixlərində keçirdiyi “İİV-ə testləşmə milli həftəsi”nin müddətini uzatmaq qərarına gəlmişdir. İİV-ə testləşmə milli kampaniyası avqust ayının sonuna qədər davam edəcək, bütün müraciət edən müəssisə və təşkilatlarda müayinələr keçiriləcəkdir.

Regionlarda qanvermə aksiyaları keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə avqust ayı ərzində regionlarda könüllü qanvermə aksiyaları keçirilir. Bugünə qədər aksiyalar Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında keçirilmişdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xəbərdarlıq edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə bir daha ciddi xəbərdarlıq edir!

Səhiyyə Nazirliyi mövsümlə əlaqədar sanitariya norma və qaydalarına əməl olunmasına nəzarət tədbirlərini davam etdirir

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Dövlət sanitariya xidməti bildirir ki, mövsümlə əlaqədar baş verən qida zəhərlənməsi hallarının səbəblərini diqqətlə araşdırır. Bu məqsədlə müvafiq təhqiqat işləri həyata keçirilir.

Səhiyyə Nazirliyi aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS bildirişlər göndərir

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi aptek müəssisələrində Tarif Şurasının 30 iul 2015-ci il tarixli qərarı ilə sentyabrın 15-dən başlayaraq qüvvəyə minəcək yeni qiymətlərə dair məlumatlandırma tədbirlərinə start verir. Bu məqsədlə ölkədə fəaliyyət göstərən bütün aptek müəssisələrinin rəhbərlərinə SMS bildirişlər göndərilib.

Səhiyyə Nazirliyi ölkə başçısının göstərişlərinin yerinə yetirilməsi üzrə məqsədyönlü tədbirlərin icrasını davam etdirir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir.

Səhiyyə Nazirliyi ölkə başçısının səhiyyə qarşısında qoyduğu tapşırıqları icra edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsinə dair tapşırıqlar verilmişdir. Bu tapşırıqların icrası məqsədi ilə Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin sədrliyi ilə 14 iyul tarixində geniş toplantı keçirilmişdir. Toplantıda müvafiq tədbirlərin hazırlanması və onların ətrafında zəruri addımların atılması tapşırığı verilmişdir. Bu günlərdə Səhiyyə Nazirliyində görülmüş işlərə dair müşavirə keçirilmişdir. Mövzuya aid olan diqqəti nəzərə alaraq səhiyyə nazirinin müavini Elsevər Ağayev ictimaiyyəti maraqlandıran sualları cavablandırdı.

Səhiyyə Nazirliyində əczacılıq fəaliyyətinə nazərətə və dərman təchizatına həsr olunmuş müşavirə keçirilmişdir

Bu gün Səhiyyə Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirilmişdir.

 

Respublika QİÇS-lə Mübarizə Mərkəzi “İİV-ə testləşmə milli həftəsi” elan edib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu “İİV-ə testləşmə Avropa həftəsi”nin (European testing week) müsbət təcrübə və nəticələrinə əsaslanaraq, yeni təşəbbüslə çıxış edib və cari ilin 3-10 avqust tarixlərini “İİV-ə testləşmə milli həftəsi” elan edib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət tədbirləri həyata keçirir

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən, yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi olaraq nəzarət aparılır.

28 iyul tarixi Beynəlxalq Hepatitlə Mübarizə Günüdür

Bu gün, qlobal ictimai səhiyyə problemi olan hepatit barədə maarifləndirməyə və dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin stimullaşdırılmasına xidmət edir.

Şəki Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 23 iyul 2015-ci il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

Koronovirusa dair əmr imzalanıb

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilmiş və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanmışdır. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş vermiş və hazırda davam etməkdədir.

16 iyul stomatoloji xəstəliklərin profilaktikası günüdür

1948-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı 16 iyul tarixini stomatoloji xəstəliklərin profilaktikası günü kimi qeyd edir. 

Səhiyyə Nazirliyində geniş toplantı keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı AR Səhiyyə Nazirliyində geniş toplantı keçirildi.

Sertifikasiya imtahanlarından 5372 nəfər uğurla keçmişdir

2015-ci ilin birinci yarımilliyi ərzində sertifikasiya imtahanlarında iştirak etmək üçün 6304 nəfərə “Buraxılış vərəqəsi” verilib. Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən verilən məlumata görə, onlardan 5372 nəfəri imtahanlardan uğurla keçmişdir. İmtahanlarda iştirak edənlərin 2625 nəfəri 90 baldan çox, 2043-ü 75-90 arası, 704 nəfəri 60-75 arası bal toplayıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..