Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Varşavada "İctimai səhiyyə institutlarının birgə əməkdaşlıq çərçivəsində inkişafı" üzrə ekspert görüşü keçirilib

Varşavada "İctimai səhiyyə institutlarının birgə əməkdaşlıq çərçivəsində inkişafı" üzrə ekspert görüşü keçirilib.

IV Azərbaycan-alman-türk konqresi davam edir

Aprelin 26–da Bakıda cərrahiyyə, onkologiya və qastroenterologiya üzrə IV Azərbaycan-alman-türk konqresi öz işinə başlayıb. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresdə dünyanın müxtəlif universitet klinikalarında çalışan 30-a yaxın professor ekspert və referent heyyəti iştirak edir.

 

“Neonatal reanimasiya” üzrə təlimlər keçirilir

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə praktik təlim kursuna başlanıldı. Kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçirilir. Ölkənin şəhər və rayonlarının doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kursda həmçinin reanimasiyaya köçürülmüş körpələrin müalicə-müşahidə proqramını tərtib etmək bacarığı da öyrədilir.

Bu gün Ümumdünya Malyariya Əleyhinə Mübarizə günüdür

 

1990-cı illərin əvvəllərində Respublikada malyariyaya görə epidemioloji vəziyyət kəskin surətdə pisləşməyə başlamışdır. Ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi, hərbi münaqişələr, bir milyondan çox qaçqın və məcburi köçkünlərin yaranması və onlar arasında xaotik miqrasiya, malyariya üzərində epidemioloji nəzarətin, eləcə də epidemiya əleyhinə tədbirlərin zəiflədilməsi, müvafiq vasitələrin, dərman preparatlarının, laborator avadanlıqların, dezinseksiya maddələrinin çatışmazlığı və müvafiq adekvat tədbirlərin vaxtında gorülməməsi malyariya epidemiyasının baş verməsinə səbəb olmuşdur.

 

25 aprel Beynəlxalq DNT günüdür

Dezoksiribonuklein turşusu (DNT) canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. Bütün orqanizmlər DNT-yə sahibdir.

1912405 nəfər tibbi müayinələrdən yararlanıb

Azərbaycan Respublikası Prezidentinin tapşırığını rəhbər tutaraq “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncam imzalanmışdır. Səhiyyə nazirinin müavini Nigar Əliyevanın 30.01.2018-ci il tarixli sərəncamına əsasən 2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək ölkə əhalisinin növbəti tibbi müayinələrdən keçirilməsi prosesi uğurla davam edir.

 

“İmmunlaşdırma həftəsi”nə dair mətbuat konfransı keçirilib

Böyüməkdə olan nəslin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı mübarizə məsələləri dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan 2007-ci ildən “İmmunlaşdırma həftəsi” qlobal kampaniyasına qoşulub. Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən Avropa regionunda keçirilən bu kampaniya zəruri vaksinlərin əhali üçün əlçatan olmasına yönəldilib.

 

Valideyn himayəsindən məhrum olan tələbələrə ikiqat təqaüd verilir

Vətəndaşların sosial təminatının inkişafı, aztəminatlı ailələrin maddi rifahının gücləndirilməsi dövlətimizin əsas prioritet istiqamətlərindəndir.

Talassemiya dair maarifləndirici görüş keçirilib

“Xoşbəxtliyiniz yarım qalmasın” layihəsi çərçivəsində “ASAN xidmət” mərkəzlərinin könüllüləri üçün həkim-mütəxəssislər tərəfindən talassemiya ilə bağlı ilk maarifləndirici görüş keçirilib.

Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqresi keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təşkilatçılığı ilə Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqresi keçirilir.

 

Antenatal və doğuşayardım tibbi xidməti göstərən müəssisələrin mama-ginekoloqlarının iştirakı ilə müşavirə keçirilib

18.04.2018-ci il tarixdə Respublika Perinatal Mərkəzində antenatal və doğuşayardım tibbi xidməti göstərən müəssisələrin mama-ginekoloqlarının iştirakı ilə müşavirə keçirilib.

“Tütün məmulatlarının insan orqanizminə zərərləri” mövzusunda tədbir keçirilib

19 aprel 2018-ci il tarixdə “Məktəblinin dostu” layihəsi çərçivəsində 12 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici tədbir təşkil olunub.

Respublika Perinatal Mərkəzində brifinq keçirildi

 

19.04.2018-ci il tarixində Respublika Perinatal Mərkəzində Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin təşkilatçılığı brifinq keçirilib.

“İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” Əmr imzalanıb

Respublikada “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” Əmr imzalanıb

Azyaşlılar tibbi müayinələrdən keçir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris terapevtik Klinikasında uşaqların ödənişsiz tibbi müayinə aksiyasına start verilib.

Hemofiliya xəstələri dövlət qayğısı ilə əhatə ediliblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və I Vitse Prezident, İssesko və Yuneskonun xoşməramlı səfiri birinci xanım Mehriban Əliyeva ölkə vətəndaşlarının səhiyyə xidmətləri ilə təmin edilməsinə xüsusi önəm verirlər. Bunun bariz nümunəsi səhiyyə müəssisələrinin yenidənqurulması, əhaliyə tibbi xidmət məqsədi ilə qəbul olunmuş dövlət proqramlarıdır. Xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biri kimi “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə qayğı” üzrə dövlət proqramını qeyd etmək olar.

Ana südü ilə qidalanmaya dair vəsait hazırlanıb

 

Ana südü ilə qidalanma uşaqların sağlamlığı üçün çox vacibdir. Doğuşdan sonra bir saat ərzində ana südü ilə qidalanma yeni doğulan körpəni infeksiyadan qoruyur və həyatını xilas edir. Südəmər yaşlı körpələr qismən və ya ümumiyyətlə ana südü ilə qidalanmasa, onların diareya və digər infeksiyalara yoluxma riski daha yüksəlir.

 

Mövsümi allergiyalar mövzusuna həsr edilmiş konfrans keçirildi

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin təşkilatçılığı ilə aprelin 13-də "Mövsümi allergiyalar" mövzusuna həsr edilmiş konfrans keçirilib.

Azərbaycan İİV–ə yoluxma səviyyəsinin aşağı olduğu ölkələrdəndir

Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionunda İİV–ə yoluxma səviyyəsinin aşağı olduğu ölkələr sırasındadır. Bu haqda məlumat hələ 2016-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında dərc edilmişdi.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası seçki günü əhaliyə yüksək səviyyədə xidmət edib

Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 11 aprel 2018-ci il tarixdə əhaliyə yüksək səviyyədə xidmət edib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..