05.10.2016-cı il tarixdə Şəkidə "Fövqəladə hallarda zərərçəkmiş əhalinin reproduktiv sağlamlığının qorunması üçün Minimal Paket Xidmətlərinin göstərilməsinin təşkili" mövzusunda təlim keçirilib.
2016-cı il oktyabrın 5-də Səhiyyə Nazirliyinin Respublika Perinatal Mərkəzi və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) təşkilatçılığı ilə “Azərbaycan Respublikasında irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası” mövzusuna həsr olunmuş konfrans keçirilib.
Ölkədə nigaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin sentyabr ayının sonuna qədər müayinədən 197554 nəfər keçmişdir. Yalnız cari ilin sentyabr ayı ərzində nigaha daxil olmaq istəyən 10990 nəfər tibbi müayinədən keçmişdir.
Ölkədə nigaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin sentyabr ayının sonuna qədər müayinədən 197554 nəfər keçmişdir. Yalnız cari ilin sentyabr ayı ərzində nigaha daxil olmaq istəyən 10990 nəfər tibbi müayinədən keçmişdir.
30.09.2016-cı il tarixində Səhiyyə Nazirliyinin yanında Sertifikasiya Komissiyasında tədbir keçirilmişdir. Tədbirdə qeyd edilib ki, səhiyyə sistemində əhalinin tibbi təminatının keyfiyyətinin yaxşılaşdırılması, savadlı kadr potensialının formalaşdırılması istiqamətində məqsədyönlü fəaliyyət aparılır. Son illərdə səhiyyə islahatlarının aparılması, müasir tibb ocaqlarının istifadəyə verilməsi və onların yüksək texnologiyalı tibbi avadanlıqlarla təchiz edilməsi tibb müəssisələrinin və onlarda işləyən tibb personalının bilik və bacarığının müasir standartlara uyğunlaşdırılmasına xüsusi zərurət yaradır.
Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il sentyabrın 29-u Ümumdünya Ürək Günü kimi qeyd olunur. Məqsəd dünya əhalisini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Dünya Ürək Federasiyası Ümumdünya Ürək Gününü hər il fərqli şüarla qeyd edir. “Həyatına enerji qat!” Ümumdünya Ürək Gününün builki şüarıdır.
28.09.2016-cı il tarixində Bakı Sağlamlıq mərkəzində KİV nümayəndələri üçün hesabat xarakterli tədbir keçirilmişdir. Tədbirdə qeyd edilib ki, müəssisə 07.01.2014-cü il tarixində əhalinin istifadəsinə verilib. Açılış mərasimində ölkə başçısı cənab İlham Əliyev iştirak edib.
"Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası" maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud hüquqi bazanın gücləndirilməsi üzrə təkliflərin hazırlanmasına dair ilk işçi görüşün keçirilməsi planlaşıdırılmışdır.
Dövlətin diqqət və qayğısı sayəsində regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması məqsədi ilə bütün növ müayinə və müalicə, həmçinin ən ağır əməliyyatların icrasına imkan verən müasir səhiyyə müəssisələri yaradılmışdır.
23.09.2016-cı il tarixində səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirib. Nazir Şəki, Oğuz, Qax, Balakən, Zaqatala rayonlarından olan 8 vətəndaşı qəbul etmişdir.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 23 sentyabr 2016-cı il tarixində saat 12:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Şəki, Oğuz, Qax, Balakən, Zaqatala rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 28-29 Oktyabr 2016-cı il tarixində Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının birgə əməkdaşlığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə "EstePerio 2016" 2-ci Beynəlxalq Parodontologiya və Estetik Stomatologiya Konqresi keçiriləcəkdir.
“Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi məqsədi ilə təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev rəhbərliyi ilə nümayəndə heyəti 12-15 sentyabr 2016-cı il tarixlərdə Danimarka Krallığının Kopenhagen şəhərində Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 66-cı sessiyasında iştirak edib.
16.09.2016-cı il tarixində Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasında tədbir keçirilmişdir. Tədbirdə qeyd edilmişdir ki, ölkədə tibb elminin və səhiyyənin ilkin sənədlərlə və informasiya ilə təmin edilməsi məqsədilə bitkin bir sistem formalaşdırılmışdır. Bura ilk növbədə tibb kitabxanaları və elmi tibb informasiya bölmələri aiddir. Həmin təşkilatlar içərisində aparıcı mövqe Səhiyyə Nazirliyinin Respublika Dövlət Elmi Tibb Kitabxanasına məxsusdur.
Dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də genofondumuzun qorunmasıdır. Bu məqsədlə Azərbaycanda son illərdə uşaqların sağlamlığının mühafizəsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Görülən işlər sırasında uşaq xəstəliklərinin erkən diaqnostikası məsələləri mühüm yer tutur. Uşaqlar arasında yayılan patologiyaların profilaktikasında onların icbari dispanserizasiyadan keçirilməsinin xüsusi rolu vardır.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 103 xidmətinə gündəlik daxil olan çağırışların sayı 2000 -ə qədər, bəzən isə daha da artıq olur.
Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova bu gün mükafatlandırılıb.