Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Xəsarət alan vətəndaşların həyatı təhlükəsi yoxdur

Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.

Səhiyyə naziri Oqtay Şirəliyev Şəki və ətraf rayon sakinlərini qəbul etdi

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 14 may 2015-cü il tarixində Şəki Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirmişdir. Qəbula gəlmiş Şəki, Oğuz, Zaqatala, Balakən, Qax rayon sakinlərinin xahiş, minnətdarlıq, sağlıq və kadr məsələlərinə dair müraciətləri nazir tərəfindən dinlənilmişdir.

Oqtay Şirəliyev Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 14 May 2015-cü il tarixində saat 13:00-da Şəki Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

4 may 2015-ci il tarixində Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başladı

015-ci il 4-5 may tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə ” Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi“ mövzusunda keçirilən Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başladı.

4-5 may tarixində Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başlayacaq

2015-ci il 4-5 may tarixində saat 09:00-da Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Milli Onkologiya Mərkəzi və Azərbaycan Uroloqlar Assosiasiyasının təşkilatçılığı ilə ”Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi“ mövzusunda keçirilən Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi öz işinə başlayacaq.

Akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümüm tamam olur.

Son illərdə Azərbaycanda yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb

25 aprel - Ümumdünya Malyariya Günü, Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib.

Səhiyyə Naziri Qusarda vətəndaşların qəbulunu keçirib

24.04.2015-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyev Qusar rayonunda vətandaşları qəbul edib.

Rayon Mərkəzi Xəstəxanasında keçirilən qəbulda Şabran, Xaçmaz,Quba və Qusar rayonundan olan sakinlər iştirak ediblər.

20-25 aprel Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir

2015-ci il 20-25 aprel tarixində Avropa İmmunlaşdırma Həftəsinin 10 illik yubileyi qeyd olunacaq.

Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 24 Aprel 2015-cü il tarixində saat 11:00-da Qusar Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Səhiyyə Nazirliyində Bakı 2015 Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirildi

Səhiyyə Nazirliyində 2015-ci ilin iyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirildi.

Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səhiyyə sahəsində çox böyük işlər görüldüyünü və uğurlar qazanıldığını qonaqların diqqətinə çatdırdı.

Bir neçə özəl tibb müəssəsi cəzalandırılmışdır

Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2015-ci ilin I rübü ərzində öz nəzarətini gücləndirməkdə davam etmişdir. Həmin dövrdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilmiş və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülmüşdür.

Müəssisə sahibkarları inzibati qaydada cərimə olunmuşdur

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2015-ci ilin fevral ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 7 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

Səhiyyə naziri Oqtay Şirəliyev Mingəçevir sakinlərini qəbul edib

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 13 Mart 2015-cü il tarixində Mingəçevir Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirmişdir. 

Oqtay Şirəliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 13 Mart 2015-cü il tarixində saat 9:00-da Mingəçevir Mərkəzi rayon xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək.

Ümumdünya Böyrək günü qeyd olunacaq

Bu il mart ayının 12-də, saat 15:00-da Azərbaycanda X (onuncu) Böyrək günü Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik korpusunda elmi-praktik konfrans olaraq qeyd olunacaqdır. 

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Səhiyyə Nazirliyinin regional kollegiyası keçirilmişdi

20.02.2015-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Cəlilabad rayonunda regional kollegiyası baş tutmuşdur.

Oqtay Şirəliyev Cəlilabadda vətəndaşları qəbul etmişdir

Fevralın 20-də Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Cəlilabad rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirmişdir. Qəbula müraciət etmiş 50 nəfər Cəlilabad, Biləsuvar, Salyan, Yardımlı, Masallı rayon sakini müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildirmişlər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..