Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Analitik Ekspertiza Mərkəzində Xocalı soyqırımına həsr olunmuş Xoca filminin nümayişi olub

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Respublika Talassemiya Mərkəzində “Dəyirmi masa” keçirilib

24.02.2016-ci il tarixində Respublika Talassemiya Mərkəzində “Dəyirmi masa” keçirilib.

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları davam edir

Ökədə, əvvəlki illərlə nisbətdə tədarük olunan qanın həcmi artmışdır. Beləki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük edilmişdir. 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil etmişdr.

 

Ölkə başçısı Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasındaki yaradılan şəraitlə tanış olub

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür

Hər il 15 fevral dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilir. Həmin gün bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olmaq, bu xəstəliyə dair geniş əhalinin maariflənməsinə təkan verməyə çalışır.

Səhiyyə naziri Oqtay Şirəliyev Qazax ictimaiyyəti ilə görüş keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tövsiyələrə uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyev fevral ayının 11-də Qazax şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Səhiyyə Naziri Oqtay Şirəliyev Qazaxda vətəndaşların qəbul edib

11.02.2016-cı il tarixində səhiyyə naziri Oqtay Şirəliyev da Qazax Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirib. Nazir Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayonlarından 29 nəfər vətəndaşı qəbul etmişdir.

 

Səhiyyə naziri Oqtay Şirəliyev Qazaxda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyev 11 fevral 2016-cı il tarixində saat 10:00-da Qazax Müalicə-Diaqnostika Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək. Nazir Qazax, Ağstafa, Tovuz, Gədəbəy rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

 

Milli Onkologiya Mərkəzinin nümayəndə heyəti İsraildə işgüzar səfərdədir

Milli Onkologiya Mərkəzinin regionun aparıcı onkoloji mərkəzlərindən birinə çevrilməsi həm dünyanın aparıcı onkoloji klinikaları və akademik elmi-tibb mərkəzləri ilə əməkdaşlıq üçün münbit imkanlar yaradıb.

Nigah daxil olmaq istəyən 94400 nəfər tibbi müayinədən keçirilmişdir

Ölkədə nigaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin fevral ayının əvvəlinə qədər müayinədən 94400 nəfər keçmişdir.

 

Sertifikasiya imtahanları uğurla icra olunur

Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi uğurla davam etdirilir.

Səhiyyə Nazirliyinə daxil olan hər bir müraciət dəqiqləşdirilir və araşdırılır

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin gücləndirilməsi, dövlət təminatının yaxşılaşdırılması, yüksək səviyyədə təşkili, səhiyyə və tibb sahəsini əhatə edən idarə, müəssisə və təşkilatlarla, vətəndaşların operativ qaydada əlaqələndirilməsini təmin edən “Qaynar Xətt” və “Elektron Səhiyyə” Mərkəzinin fəaliyyəti bu gün də tam gücü ilə davam edir. Daxil olmuş müraciətlər hər iki xidmətin mütəxəssisləri tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır.

 

Milli Onkologiya Mərkəzinin Klinik-biokimyəvi Laboratoriyası Referativ Mərkəz adına layiq görülüb

“Roche Tissue Diagnostics” şirkəti tərəfindən Milli Onkologiya Mərkəzi Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ölkələr üzrə Referativ Mərkəzi seçilmişdir. Artıq bundan sonra Gürcüstan, Qazaxstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanın onkologiya mərkəzləri və laboratoriyaları Milli Onkologiya Mərkəzinin ən müasir standartlara cavab verən laborator imkanlarından yararlana biləcəklər.

DÜNYA XƏRÇƏNG GÜNÜ 2016: Xərçəngə birgə qalib gələk!

Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna görə 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən, ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir.

 

Azərbaycanda uşaqların kardiocərrahiyyə əməliyyatları beynəlxalq standartlara uyğun həyata keçirilir

M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq Cərrahiyyə Mərkəzi 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam və Səhiyyə Nazirliyinin müvafiq əmri əsasında yaradılmışdır. Mərkəz fəaliyyətə başladığı andan maddi-texniki təchizat istiqamətində ciddi işlər görülmüş, Türkiyə, Polşa, RF, Almaniya və digər Qərb ölkələrinin müvafiq mərkəzlərində hazırlıq keçmiş kadr potensialı formalaşdırılmışdır.

Səhiyyə Nazirliyi epidemioloji vəziyyətə nəzarəti davam etdirir

Azərbaycan Respublikası ilə həmsərhəd olan ərazilərdə 2015-ci ilin son aylarında epidemik qripin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı artıq 2 aydan çoxdur ki, geniş profilaktik tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi bu məqsədlə həyata keçirilən tədbirlərin icrasını gücləndirmişdir.

Diridoğulma meyarlarına dair brifinq təşkil olunacaq

2015-ci il yanvarın 1-dən Azərbaycan Respublikasında yeni diridoğulma meyarlarının tətbiqinə başlanılıb. Bu da ölkədə çox az çəkili yenidoğulmuşların yaşamasına ümid verir.

 

RMDM hepatit müayinələri aksiyasına start verib

Yanvar ayının 18-dən Respublika Müalicə Diaqnostika Mərkəzi (RMDM) əhalinin hepatitlərdən ödənişsiz müayinələrinə başlayıb. Sosial xarakter daşıyan müayinələrin təşkilində əsas məqsəd əhali arasında xəstəliyin yayılma riskini azaltmaq, vaxtında aşkarlamaq və gedişatı haqda vətəndaşı məlumatlandırmaqdır.

 

Ölkədə epidemioloji nəzarət gücləndirilib

Son dövrlərdə dünya əhalisini təşvişə salan donuz qripinə yoluxma halları Azərbaycanda qeyd olunmayıb. Ölkəmizdə mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi isə son illərin orta göstəricisini aşmayıb.

 

Antenatal və doğuşayardım xidmətinin keyfiyyətinə dair toplantı keçirilmişdir

Bakı şəhər Baş Səhiyyə İdarəsində Bakı şəhərinin doğuşayardım tibb müəssisələrində hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması və nəzarətin gücləndirilməsi dair toplantı barədə iclas keçirilmişdir.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..