Əsas bölmələr
Bolqarıstanın paytaxtı Sofiya şəhərində 12-14 dekabr 2019-cu il tarixdə Avropa və Orta Asiyanın 17-dən çox ölkəsindən gələn nümayəndələrin iştirakı ilə “Reproduktiv sağlamlıq və insan hüquqları üzrə qanunvericilikdə islahatlar və kommunikasiya strategiyaları – gender bərabərliyi” mövzusunda seminar keçirildi.
Dekabrın 13-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Damar cərrahlığının aktual məsələləri və son yeniliklər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Respublika Perinatal Mərkəzində uşaq ölümlərinin azaldılmasına yönəldilmiş “Fetal Ultrasonoqrafiya” mövzusunda praktik seminar keçirilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 12 dekabr 2019-cu il tarixdə Qazaxıstan Respublikasının nümayəndələrinin iştrakı ilə “Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası” mövzusunda dəyirmi masa keçirildi.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Oman Sultanlığında keçirilən qlobal görüşdə iştirak ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən, sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanması sahəsində profilaktik tədbirlərin görülməsi məqsədi ilə 12 dekabr 2019-cu il tarixdə “Uşaqlarda boy problemləri” mövzusunda konfrans təşkil olundu.
Bu gün Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür.
Antibiotikə qarşı davamlılığın güclənməsi qlobal sağlamlığın üzləşdiyi əsas təhlükələrdən biri hesab edilir.
Azərbaycan Tibb Universitetində (ATU) “İnsan anatomiyası və tibbi terminologiya” kafedrasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Özbəkistan Respublikasından nümayəndə heyəti Azərbaycana işgüzar səfər edib.
Azərbaycan Tibb Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir ağırlaşmış hamiləlik anamnezindən doğulmuş körpənin müalicəsi uğurla nəticələnib.
Tədris Terapevtik Klinikada Azərbaycan Tibb Universitetinin və “Uşaqların Sağlam Gələcəyi” ictimai birliyinin təşəbbüsü ilə Pediatriya üzrə simpozium keçirilib.
6 dekabr 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Qazaxıstandan gələn ekspertin iştirakı ilə “Səhiyyədə elektron formaların təkmilləşdirilməsi” mövzusunda seminar keçirildi.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə əməkdaşlığı ilə 6 dekabr 2019-cu il tarixdə Dənizkənarı Milli Parkda “Hərəkətdə ol!” sağlamlıq yürüşü keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.
İlkin səhiyyə xidmətləri üzrə təqdimat layihəsinin bir hissəsi olaraq, Səhiyyə Nazirliyi tərəfindən təyin olunmuş 10 rayon mərkəzi xəstəxanasının doğum şöbəsində və perinatal mərkəzlərində təlimlər keçirilir.
Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə 4-5 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində spirtli içkilərə dair sübutlara əsaslanan nəzarət siyasətinin həyata keçirilməsinin təkmilləşdirməsi məsələləri üzrə seminar keçirildi.
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan dərman vasitələrinin, eləcə də xidməti və mülki silahların gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi" mövzusunda gömrük əməkdaşları üçün təlim keçirilib.
2019-cu ilin oktyabr və noyabr aylarında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı barədə: Elan
Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Əsas bölmələr
Sosial şəbəkə